Nəcisin iyi və rənginin qalması
Məsələ 190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.

Məsələ 191: Bədəni kürr və ya axar, eləcə də kran suyunda yuyarkən murdarın əsli təmizlənsə bəs edər. Sudan çıxıb ikinci dəfə suya girmək lazım deyil.
Məsələ 192: Murdar qida dişlərin arasında qalarsa, su ağızda dolandırılmaqla onu tamam əhatə etdikdə ağız paklanır.
Məsələ 193: Əgər başın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları sıxmaq lazımdır.
Məsələ 194: Murdarlanmış ət və quyruğu suya çəkdikdə paklanır. Bədən və ya libas yağlı olmamışdan qabaq nəcis olarsa bu yağ suyun bədənə və ya libasa çatmasına mane olur.Odur ki,ilk olaraq yağı təmizləmək lazımdır.Amma əgər bədən və libası yağlı etdikdən sonra nəcis olarsa zahirini paklamaq kifayətdir və yağı təmizləmək lazım deyildir.
Məsələ 195: Kürr su ilə əlaqəli kranın suyu kürr və axar su hökmündədir. Bu su ilə istənilən bir şey yuyulduqda murdarın əsli təmizləndikdən sonra paklanır.
Məsələ 196: İnsan bir şeyi suya çəkdikdən və onun paklanmasına əmin olduqdan sonra düzgün suya çəkib-çəkməməsilə bağlı şübhəyə düşərsə, həmin şey pakdır. Amma murdar şeyi suya çəkən zaman diqqətsizlik göstərdiyini bilərsə, o işi yenidən görməlidir.
Məsələ 197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.

Məsələ 198: Daş duz və ona oxşar şeylərin zahiri murdarlandıqda suya çəkilərsə paklanar. Onları az və kürr su ilə suya çəkməyin, kran altına tutmağın fərqi yoxdur.
Məsələ 199: Qənd və şəkər tozu murdarlanarsa suya çəkməklə paklanmaz.
Məsələ 200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə paklanar. Bir şərtlə ki, yer pak və quru olsun, murdarın əsli təmizlənsin. Eyni zamanda yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz.