Nisyə ticarət və onun pulunu xümsü verilməmiş puldan ödəmək
Məsələ 1481: Əgər bir malı öz öhdəliyi ilə alıb, müamilədən sonra onun haqqını xümsünü vermədiyi pulla ödəsə, müamiləsi düzgündür və onu işlətməsi caizdir. Lakin, xümsü verilməyən pulu satıcıya verdiyi üçün , o pulun xümsü qədər ona borclu sayılır. Satıcıya verilən pul yanında qaldığı halda şəriət hakimi onu alacaq. (Pul) xərcləndiyi halda şəriət hakimi onun əvəzini alıcıdan və yaxud da satıcıdan tələb edəcəkdir.