Şifahi, yazılı və işarə ilə vəsiyyət
Məsələ 2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
Məsələ 2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
Məsələ 2325: Vəsiyyətdən əlavə bütün müamilələri bu günki qaydada yazıb imzalaya bilər. Amma evlənmək və boşanmada yazmaqla kifayətlənmək iradlıdır.
Məsələ 2326: Vəsiyyət edən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Yaxşını pisdən seçə bilən on yaşlı uşaq məscid, mədrəsə və xəstəxana tikintisi, eləcə də qohumları üçün münasib və ağılabatan vəsiyyət etsə düzgündür. Vəsiyyət edən şəxs səfeh olmamalıdır. Şər’i hakimin qadağa qoyduğu maldan vəsiyyət etmək olmaz. Şəxs məqsədli və azad şəkildə vəsiyyət etməlidir.
Məsələ 2327: Bir şəxs intihar məqsədi ilə özünü yaralasa və ya zəhərli maddə içsə, mal-mülkü ilə bağlı vəsiyyət edib öldükdə onun vəsiyyəti düzgün sayılmır.
Məsələ 2328: Bir şəxs vəsiyyət etsə ki, malından kiməsə nə isə verilsin, ölümündən sonra nəzərdə tutulan mal həmin şəxsə məxsus olur. Belə bir vəsiyyətin qəbul edilməsinə ehtiyac yoxdur. Amma vəsiyyət edən şəxs həyatda olduğu vaxt qarşı tərəf vəsiyyəti rədd edərsə, ehtiyat budur ki, həmin maldan öz mülkü kimi istifadə etməsin.
Məsələ 2329: Özündə ölüm əlamətlərini görən şəxs dərhal xalqın əmanətlərini sahibinə qaytarmalıdır. Əgər borc vaxtı çatmışsa, borcunu ödəməli, borcu ödəmək vaxtı çatmamışsa bu barədə vəsiyyət etməlidir. Əgər vəsiyyətinə əməl edəcəyinə əmin deyilsə, şahid tutmalıdır. Amma vərəsənin borcu ödəyəcəyinə əmin olduqda vəsiyyət etmək lazım deyil.

Məsələ 2330: Özündə ölüm nişanələri görən şəxs dərhal xüms və zəkat kimi borclarını ödəməlidir. Ödəyə bilməsə öz malından və ya öz malı olmadıqda yaxınları tərəfindən borcun ödənməsi ilə bağlı vəsiyyət edir. Əgər öhdəsində vacib Həcc, qəza namazı və orucu varsa, vacib ehtiyata əsasən, bu barədə vəsiyyət etməlidir. (Bu barədə icarə namazı və orucu haqqında danışılarkən açıqlama verildi.)
Məsələ 2331: Özündə ölüm nişanələri görən şəxsin kimdəsə malı olarsa və ya haradasa bir şey gizlədərsə, bundan xəbərsiz vərəsələrin haqqının tapdanmaması üçün bu barədə mə’lumat verməlidir. Əgər sağır övladları qalarsa, onların haqqının pozulmaması üçün e’tibarlı qəyyum müəyyənləşdirməlidir.

Məsələ 2332: Vəsiyyət edilən şəxs “vəsiyy” adlanır. İnsan vacib ehtiyata əsasən müsəlman, büluğ həddinə çatmış, ağıllı və e’tibarlı şəxsə vəsiyyət etməlidir.
Məsələ 2333: Bir şəxs özünə bir neçə vəsiyy müəyyənləşdirərsə, onların hər birinə müstəqil ixtiyar verildikdə vəsiyyətin yerinə yetirilməsi üçün bir-birlərindən icazə almaları vacib deyil. Əgər belə bir icazə olmazsa (vəsiyyət edərsə ki, bütün vəsilər birlikdə əməl etsin) vəsiyyətin yerinə yetirilməsində vəsilər bir-birləri ilə razılaşmalıdır. Bir araya gələ bilmədikdə vəsiyyətin yubanmaması üçün şər’i hakimə müraciət edilir.