Oruc tutmaq müstəhəb sayılan günlər
Məsələ 1470: Məkruh və haram günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bə’zi günlərdə isə oruc tutmağa daha çox tə’kid olunmuşdur:1-Hər ayın birinci və axırıncı cümə axşamı günləri, ayın 10-dan sonra olan birinci çərşənbə; əgər bir şəxs bunları tuta bilməsə, müstəhəbdir ki, qəza etsin. 2-Hər ayın 13, 14, 15-ci günləri;3-Rəcəb və şə’ban aylarının hamısı. Hamısını tuta bilmədikdə bə’zi günləri, hətta bir gün də belə olsa tutsun;4-Zil-hiccənin 24-cü və zil-qə’dənin 29-cu günləri;5- Zil-hiccənin 1-dən 9- na qədər; Əgər zəifliyi ilə əlaqədar oruc tuta bilməsə Ərəfə gününün dualarını oxusun və o günün orucu məkruhdur.6- “Qədir –xum” bayramında; (18 zil-hiccə)7- Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günləri;8- Peyğəmbərin (s) mövludu günü; (17 rəbiül- əvvəl)9-Peyğəmbərin (s) besəti günü; (O Həzrətin (s) peyğəmbərliyə seçildiyi gün)10-Novruz bayramı günü.