Tərtibi və irtimasi qüsl
Məsələ 376: İstər vacib, istər müstəhəb qüslü iki şəkildə yerinə yetirmək olar: Tərtibi şəkildə və irtimasi şəkildə.
Məsələ 376: İstər vacib, istər müstəhəb qüslü iki şəkildə yerinə yetirmək olar: Tərtibi şəkildə və irtimasi şəkildə.
Məsələ 377: Tərtibi qüsl bu şəkildə yerinə yetirilir: Niyyətdən sonra baş və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf yuyulur. Qüsul zamanı bu tərtibə əməl etmək vacib yox müstəhəbdir.
Məsələ 378: Ehtiyat müstəhəb budur ki, göbəyi və ayıb yeri həm sağ, həm də sol tərəflə tam şəkildə yusun.
Məsələ 379: Hər üç tərəfə, yə’ni baş və boyuna, sağ tərəfə və sol tərəfə tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.
Məsələ 380: İnsan qüsldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb həmin hissəni qüsl niyyəti ilə yusa kifayət edər. Bu zaman onun qü səhihdir.
Məsələ 381: Qüsül tamamlandıqdan sonra şəkk yaranarsa ki, üzvlər düzgün yuyulub, yoxsa yox, bu şəkkə e’tina edilmir.
Məsələ 382: İrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə və ya tədricən suya batırılır. Bu işi həm hovuz və ya gölməçədə həm də bədəni bir dəfəyə bürüyən şəlalə altında görmək olar. Amma adi duş altında irtimasi qüsl vermək mümkün deyil.
Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül niyyət edilsə və insan suya daxil olsa bəs edər. Amma bütün bədən suda olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var.
Məsələ 384: Əgər irtimasi qüsüldən sonra mə’lum olsa ki, bədənin bir hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır.
Məsələ 385: İrtimasi qüsüldə ayaqların da altının islanması üçün onları yerdən qaldırmaq lazımdır.
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.