Səfərdə orucun batil olmasını bilməyən müsafirin orucu
Məsələ 1445: Səfərdə olan zaman orucunun batil olduğunu bilməyən bir şəxs səfərdə oruc tutsa, orucu düzgündür. Amma gün ərzində məsələni başa düşsə, orucu batildir.
Məsələ 1445: Səfərdə olan zaman orucunun batil olduğunu bilməyən bir şəxs səfərdə oruc tutsa, orucu düzgündür. Amma gün ərzində məsələni başa düşsə, orucu batildir.
Məsələ 1446: Bir şəxs səfərdə olduğunu, yaxud səfərdə orucunun batil olduğunu unudub, bu halda oruc tutsa, vacib ehtiyata görə, orucun qəzasını tutmalıdır.
Məsələ 1447: Oruc tutan şəxs zöhrdən sonra səfərə getdiyi halda orucunu axıra qədər tutmalıdır. Zöhrdən qabaq səfər etdikdə isə orucu batildir. Lakin, tərəxxüs həddinə çatmamışdan qabaq iftar edə bilməz. Əgər o həddə çatmamışdan qabaq iftar etsə, ona kəffarə vacibdir (tərəxxüsdən məqsəd, azan səsinin eşidilmədiyi və camaatın nəzərində, şəhərin gözdən itdiyi yerdir).
Məsələ 1448: Əgər müsafir zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işləri yerinə yetirməyibsə, oruc tutmalıdır. Əgər (orucu batil edən işlərdən) görübsə, sonradan qəzasını tutmalıdır. Müstəhəbdir ki, bu şəxs günün qalmış hissəsində özünü orucu batil edən şeylərdən saxlasın. Lakin, zöhrdən sonra vətənə daxil olsa, oruc tuta bilməz.
Məsələ 1449: Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, ramazan ayının gündüzündə doyunca yeyib-içməsi, habelə cima etməsi məkruhdur.
Məsələ 1450: Oruc tutmaq onlar üçün çətin olan qoca kişi və qadın oruc tutmaya bilərlər. Lakin, hər gün üçün bir müdd (750 qm) buğda, arpa və s. fəqirə verməlidirlər. Çox yaxşıdır ki, buğda və arpanın yerinə çörək versinlər. (Çörək) verdikləri halda, vacib ehtiyata əsasən, onun çəkisi 750 qm xalis buğda qədər olmalıdır.
Məsələ 1451: Qocalıq səbəbi ilə oruc tutmayan şəxslər, sonra havalar mülayim, gündüzlər qısa olduğu halda oruc tuta bilərlərsə, vacib ehtiyata görə, onun qəzasını tutmalıdırlar.
Məsələ 1452: İnsan aclıq və susuzluq qarşısında dözülməz bir hala gəlib çıxdığı xəstəlik səbəbindən oruc tutmağa taqəti olmasa və yaxud bu iş onun üçün çox çətin olsa, belə şəxsə oruc tutmaq vacib deyil. Lakin, hər gün üçün, qabaqdakı məsələdə deyildiyi kimi, bir müdd (750 qm) yemək kəffarə verməlidir və yaxşı olar ki, belə şəxs zərurətdən çox su içməsin. Əgər sonradan qəzasını tuta bilərsə, vacib ehtiyata görə, qəzasını tutmalıdır.
Məsələ 1453: Oruc tutmağın bətnindəki uşağa zərəri olan hamilə qadına oruc tutmaq vacib deyil. Lakin kəffarəsini (bir müdd yemək) ödəməlidir. Yox əgər oruc tutmağın onun özünə ziyanı varsa, oruc tutmaq ona vacib deyil və kəffarəsi də yoxdur. Lakin, sonradan qəzasını tutmalıdır.
Məsələ 1454: Uşağa süd verən qadınlar, istər anaları olsun, istərsə də dayələri, oruc tutmaları südlərinin azalıb, uşağın narahatçılığına səbəb olarsa, oruc tutmaq onlara vacib deyil. Lakin, hər gün üçün həmin (bir müdd -750 qm yemək) vacibdir və sonradan da orucun qəzasını tutmalıdırlar. Lakin, oruc tutmaq onların özləri üçün zərərli olarsa, onlara nə oruc və nə də kəffarə vacib deyil. Belə şəxslər sonradan tutmadıqları orucların qəzalarını tutmalıdırlar.
Məsələ 1455: Əgər uşağa muzd almadan süd verən və yaxud minnətsiz olaraq uşağa süd vermək üçün dayənin muzdunu ödəyən bir şəxs tapıldığı halda oruc tutmaq vacib olur.
Məsələ 1456: Ayın əvvəli beş yolla sübut olunur:1-Ayı gözlə görmək, amma cihazlarla ayı görmək kafi deyil;2-Sözlərindən yəqin hasil olan bir qrup adamın şəhadət verməsi ilə (əgər adil olmasalar belə), həmçinin, yəqin hasil olan hər şeyin vasitəsi ilə;3-İki adil kişinin şəhadət verməsi ilə; Lakin, bu iki adil şəxs ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, yaxud xəbər verdikləri nişanələr onların səhv etdiklərini bəyan etdiyi zaman onların dedikləri ilə ayın əvvəli olması sübuta yetmir. 4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; Bunun vasitəsi ilə ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda şəvval ayının əvvəli sübut olunur. (Bu, bir haldadır ki, öncəki ayın əvvəli də bu yolla isbat edilsin).5-Şəriət hakiminin (hakimi şər’) hökmü ilə; Belə ki, adil müctəhid üçün ayın əvvəli sabit olduqdan sonra ayın əvvəli olmasına hökm versin. Belə olan halda hamının ona itaət etməsi lazımdır və yalnız səhv etməsinə yəqin edən şəxslər ona itaət etməyə bilər.