Orucun qəzası vacib olmayan hallar
Məsələ 1424: a) Maye olmayan şeyi ağzına qoyub, ixtiyarsız olaraq udsa və yaxud burnuna su çəkdiyi halda ixtiyarsız olaraq onu udsa;b) Ramazan ayında araşdırma apardıqdan sonra sübhün olmamasını yəqin edib, bir şey yesə və sonradan sübhün olması mə’lum olsa;v) Oruc olduğunu unudaraq suyu udsa;q) Dəstəmaz aldıqda ağzına su alıb, ixtiyarsız olaraq onu udsa;ğ) Bir şəxs arvadı ilə mazaqlaşdıqda spermanın gəlməməsinə əmin olduğu halda ondan təsadüfən sperma xaric olsa;d) Ramazan gecəsində cənabətli olduğu halda yatsa və birinci yuxudan oyanmasa.