مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1241İmam və məmumun dayandığı yer

Məscidin digər mərtəbələrində məmumların namazı

Məsələ 1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.

مسئله شماره 1245İmam məmumdan irəlidə olmalıdır

Məmum imamdan irəlidə dayanmamalıdır

Məsələ 1245: Əgər mə’mum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq lazımdır.

مسئله شماره 1246Camaat namazının hökmləri

İmamın namazının batil olduğunu bilərkən iqtida etmək icazəli deyil

Məsələ 1246: Mə’mum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma mə’mum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.

مسئله شماره 1247Camaat namazının hökmləri

İqtida edərkən niyyətdə şəkk

Məsələ 1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.

مسئله شماره 1250Camaat namazının hökmləri

Fərdi qılmağı niyyət edəndən sonra camaat namazına qayıtmağın höküm

Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət etsin yaxud etməsin fikri ilə tərəddüddə olub və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namazın irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.

مسئله شماره 1251Camaat namazının hökmləri

Ruku halında pişnamaza iqtida etmək

Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی