Oruc halında meyitə toxunmuş halda qalmaq
Məsələ 1387: Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
Məsələ 1387: Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
Məsələ 1388: Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
Məsələ 1389: Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
Məsələ 1390: Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
Məsələ 1391: Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
Məsələ 1392: Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir.
Məsələ 1393: Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.
Məsələ 1394: Öncədən qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız olaraq yerinə yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan şəxs yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz şəkildə eybi var.
Məsələ 1395: Oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini yenidən təkrar etsə, vacib ehtiyata görə o günün orucunu axıracan tutmaqdan əlavə qəzasını da yerinə yetirməlidir. Lakin kəffarəsi yoxdur.
Məsələ 1396: Əgər zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr və ya başını tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və malını təhlükədə qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə, orucu batildir.
Məsələ 1397: Vacib ehtiyata görə, oruc tutan şəxs boğazına zorla nəyisə tökəcəkləri və ya onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin, belə bir yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona yeməyə heç nə verməsələr, orucu düzgündür.
Məsələ 1399: Orucu batil edən şeyləri bilərəkdən və mə’lumatlı olan halda yerinə yetirmək orucu batil etməklə yanaşı, qəza və kəffarəyə də səbəb olur. Lakin, məsələni bilmədiyindən olsa, kəffarəsi yoxdur,lakin qəzasını yerinə yetirməsi vacibdir.