مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2031Nikah və evlənmə

Müvəqqəti kəbinin oxunuş qaydası

Məsələ 2031: Əgər qadın və kişinin özü qeyri-daimi siğə əqdini oxumaq istəsələr, müddəti və mehriyyəsi müəyyən olunduqdan sonra qadınزَوَّجتُكَ نَفسىِ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِZəvvəctukə nəfsi fil muddətil-mə’luməti ələl-məhril-mə’lum – (Yə’ni, özümü müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin arvadın etdim). Sonra isə kişi zaman fasiləsi olmadanقَبِلتُQəbiltu –(bu evlənməni qəbul etdim.)desə, kafidir. Əgər başqasını vəkil etsələr, əvvəlcə qadının vəkili kişinin vəkilinəمَتَّعتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِMəttə’tu limuvəkkiləti muvəkkiləkə fil-muddətil-mə’luməti ələl-məhril-mə’lum – (yə’ni, öz müvəkkilimi müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin müvəkkilimin zövcəsi etdim.) Sonra zaman fasiləsi olmadan kişinin vəkiliقَبِلتُ لِمُوَكِّلى هَكَذاَQəbiltu limuvəkkili hakəza – (mən də öz müvəkkilim tərəfindən qəbul etdim.) desə, kafidir.

مسئله شماره 2032Nikah və evlənmə

Kəbinin şərtləri

Məsələ 2032: İzdivac nikahının bir neçə şərti var:1-Ehtiyat müstəhəbbə əsasən, onun siğəsi ərəb dilində düzgün şəkildə oxunmalıdır. Əgər qadın və kişi siğəni ərəb dilində oxuya bilməsələr, öz dillərində oxuya bilərlər və ərəb dilində siğəni oxumaq üçün vəkil tutmaları vacib deyil. Lakin, elə kəlmələrdən istifadə etməlidirlər ki, ərəbcə oxunan siğənin mə’nasını anlatmalıdır.2-Siğə oxuyan şəxsin inşa qəsdi olmalıdır. Yə’ni bu kəlmələri deməkdə məqsədi o iki nəfərin arasında ər-arvadlıq yaratmaq olmalıdır, qadın özünü kişinin arvadı etməli və kişi də bu mə’nanı qəbul etməlidir. Vəkilin də məqsədi belə olmalıdır.3-Nikah siğəsini oxuyan şəxs aqil olmalı və başqasının tərəfindən vəkil olmasından asılı olmayaraq, vacib ehtiyata əsasən, həddi-büluğa çatmalıdır.4-Vəliyy və yaxud vəkil nikah siğəsini oxuduqda ər-arvadı müəyyən etməlidir. Bu baxımdan, əgər bir şəxsin bir neçə qızı olsa, kişiyə “zəvvəctukə ihda bənati” (yə’ni, qızlarımdan birini sənin arvadın etdim) deyə bilməz.5-Qadın və kişi öz ixtiyarları ilə izdivaca razı olmalıdırlar. Lakin, onlardan biri zahirdə könülsüzlüklə icazə versə, amma ürəkdə razı olduğunu bilsək, nikah düzgündür.6-Nikah siğəsi düzgün oxunmalıdır. Əgər onun mə’nasını əvəz edəcək bir halda səhv oxusalar, nikah batildir. Amma mə’na əvəz olmasa, eybi yoxdur.

مسئله شماره 2038

Kişinin nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.

مسئله شماره 2039

Qadının nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2039: Qadın da bir neçə halda nikahı poza bilər:1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)

مسئله شماره 2042

İnsana məhrəm olan qadınlarla evlənmək

Məsələ 2042: İnsana məhrəm olan qadınlarla, məsələn, ana, qız, bacı, bibi, xala, qardaş qızı, bacı qızı, atanın arvadı, arvadın qızı, qaynana (bu haqda geniş mə’lumat veriləcək) evlənmək haramdır.

مسئله شماره 2043

Qadının anası və nənəsi ilə evlənmək

Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

مسئله شماره 2043

Daxil olma şərti ilə arvadın qızı, qızından və oğlundan olan nəvələri

Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

مسئله شماره 2045

Ərin atası və babası və nə qədər yuxarı getsə

Məsələ 2045: Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی