مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1003Namazdan sonrakı əməllər

Peyğəmbərə

Məsələ 1003: Namazda, namazdan sonra və başqa hallarda Peyğəmbər (s) və onun Əhli-beytinə salam göndərmək tə’kidlə vurğulanmış müstəhəb əməllərdəndir. Bu da müstəhəbdir ki, nə vaxt Peyğəmbərin (s) mübarək adı çəkilərsə, Həzrət “Əhməd”, “Müstəfa”, “Əbül-Qasim” kimi ləqəb və künyələrlə xatırlanarsa, ona salam göndərilsin. Hətta namaz halında namaz qılan şəxs özü bu müqəddəs adları dilinə gətirdikdə salavat çəkməsi müstəhəbdir.

مسئله شماره 1004Namazdan sonrakı əməllər

Həzrət peyğəmbərin

Məsələ 1004: Həzrət Peyğəmbərin (s) mübarək adını yazarkən salavat yazmaq müstəhəbdir. Hətta Peyğəmbəri (s) xatırlayan zaman onun adı dilə gətirilməsə belə salavat göndərmək yaxşıdır. Salavat çox fəzilətli və savablı zikrlərdəndir.

مسئله شماره 1005 Namazı batil edən işlər

Namazı neçə iş batil edir

Məsələ 1005: On iki iş namazı batil edir. Onlar “mübtilat” (batil edənlər) adlanır.1. Namazın şərtlərindən birinin pozulması2. Dəstəmazın pozulması3. Əlləri qarşıda üst-üstə qoyub (əlləri bağlı) namaz qılmaq4. “Amin” söyləmək5. Arxası qibləyə namaz qılmaq6. Danışmaq7. Gülüş8. Ağlamaq9. Namazın formasını pozmaq10. Yemək və içmək11. Şəkk12. Namazın rüknlərini (əsaslarını) artırıb-əskiltmək

مسئله شماره 1006Dəstəmazın batil olması

Namazda dəstəmazın batil olması

Məsələ 1006: Əgər namaz gedişində dəstəmazı batil edən hal yaranarsa, bunun bilərəkdən, səhvən və ya çarəsizlikdən baş verməsindən asılı olmayaraq, namaz batildir. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs dəstəmazın hökmləri haqqında danışılarkən qeyd edilən göstərişlər əsasında addım atmalıdır. İstihazə halında olan qadından gələn qan namazı batil etmir. Bir şərtlə ki, həmin qadın istihazənin hökmlərinə əməl etmiş olsun.

مسئله شماره 1008Əlləri bağlı namaz qılmaq

Əllərini bağlayıb namaz qılan insan

Məsələ 1008: Bir şəxs bə’zi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat vacibə əsasən namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.

مسئله شماره 1009Amin demək

Həmd-dən sonra amin deyənlər

Məsələ 1009: Əgər “Həmd” oxuduqdan sonra “amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.

مسئله شماره 1010Arxası qibləyə namaz qılmaq

Arxası qibləyə namaz qılan insan

Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.

مسئله شماره 1011Arxası qibləyə namaz qılmaq

Üzünü sola-sağa döndərənlər

Məsələ 1011: Bilərəkdən və ya səhvən təkcə üzünü tam şəkildə sağa və ya sola çevirsə, vacib ehtiyat budur ki, namazını təzələsin. Amma üzünü azca çevirsə, belə ki, qiblədən çıxmamış olsa, namazı batil deyil.

مسئله شماره 1012Danışmaq

Namazda bilərəkdən danışanlar

Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz mə’na daşımasa belə ehtiyat vacibə görə namaz batil olur(Namazı batil edən işlərdə ehtiyatdan məqsəd namazı tamam etməli və yenidən qılmaqdır).

مسئله شماره 1014Danışmaq

Bir hərifli söz demək

Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət mə’na daşıyan söz deyilsə və bu mə’na nəzərdə tutulsa, namaz batildir. Mə’na nəzərdə tutulmasa, amma şəxs bu sözün mə’nasını bilsə, ehtiyat vacib budur ki, namazı təzələsin.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی