Sperma çıxarmaq məqsədi ilə istimna edən insanın orucunun hökmü
Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməyəcəyindən xatircəm olsa, eybi yoxdur.
Məsələ 1354: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.
Məsələ 1355: Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda “Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.
Məsələ 1356: Əgər bir şeyin düzlüyünə e’tiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa belə, onun orucunun eybi var.
Məsələ 1356: Əgər bir şeyin düzlüyünə e’tiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa belə, onun orucunun eybi var.
Məsələ 1357: Əgər başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun eybi var.
Məsələ 1358: Əgər oruc tutan şəxsdən “Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar və bilərəkdən “”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud “Yox” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var.
Məsələ 1359: Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa, orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür, amma orucu batil deyil. Mə’lumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.
Məsələ 1360: Qatı tozu boğaza çatdırmaq - istər yeyilməsi halal olan toz olsun, istərsə də haram - palçığa dönüb içəri getmək şərti ilə orucu batil edir. Əks halda oruc səhihdir. Amma astmadan əziyyət çəkən insanların istifadə etdikləri speylər, narın qazdan ibarət olduğu üçün oruca xələl gətirmir.
Məsələ 1361: Əgər küləyin əsməsi və ya yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa və ehtiyatsızlıq üzündən boğaza çatsa, onun orucu batil olur. Bu şərtlə ki, boğazında palçığa çevrilib içəri girsin.
Məsələ 1362: Bütün insanların hər bir halda siqaret və digər tütün mə’mulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur.