مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1841Sülhün hökm və şərtləri

Sülh edənin şərtləri

Məsələ 1841:Bir şeyi digərinə sülh edən şəxs həddi-büluğa çatmış və aqil olmalıdır. Onu (bu işə) heç kəs məcbur etməməli və sülh qəsdində ciddi olmalıdır. Səfeh (malını hədər yerə xərcləyən) olmamalı və habelə, şəriət hakimi ona malında təsərrüf etməyini qadağan etməməlidir.

مسئله شماره 1843Sülhün hökm və şərtləri

Sülhdə qəbul oxumaq mötəbərdir?

Məsələ 1843: Əgər bir şəxs öz tələbini nəyinsə müqabilində və yaxud əvəzsiz olaraq digərinə sülh etmək istəsə, qarşı tərəf qəbul etdiyi halda düzgündür. Lakin, öz tələbindən, haqqından keçmək istəsə, qarşı tərəfin qəbul etməsi lazım deyil və bu da bir növ sülhdür.

مسئله شماره 1840Sülh (razılaşma)

Sülhün mənası

Məsələ 1840: Bir şəxsin başqası ilə ixtilaflı, yaxud ixtilaf və qarşıdurmaya səbəb ola biləcək bir məsələdə öz malının, qazancının və yaxud haqqının bir miqdarını ayrısına verməsinə, yaxud o da əvəzində öz malından, mənfəətindən bir miqdarını ona versin deyə, öz tələbindən, haqqından keçməsinə razı olmasına “sülh” deyilir. Yaxud öz tələbindən, haqqından keçməsinə “muəvvəz sülhü” deyilir. Əgər bu həvalə etmə əvəzsiz olsa, “qeyri-muəvvəz sülhü” adlanır və hər ikisi düzgündür.

مسئله شماره 1842Sülhün hökm və şərtləri

Sülhün siğəsi

Məsələ 1842: Sülhü hər dildə, məsələn, ərəbcə, farsca və s. siğəsi ilə oxumaq olar. Habelə, qarşı tərəflərin sülh və razılığa gəlməsini aydınlıqla göstərən hər bir əməl kafidir.

مسئله شماره 758Əti haram olan heyvandan olmasın

Süni dəridən olan paltar

Məsələ 758: Plastik maddələrdən hazırlanmış sü’ni dərilərlə namaz qılmaq olar. Bir şəxs öz üzərindəki dərinin sü’ni və ya təbii olduğuna şübhə edərsə, həmin dərinin əti haram, ya ölü heyvan dərisi olduğunu bilməzsə, bunun da eybi yoxdur.

مسئله شماره 986Təşəhhüd

Təşəhhüd etməyin qaydası

Məsələ 986: Bütün namazların ikinci rəkətində təşəhhüd vacibdir. Eləcə də şam və xiftən, günorta və ikindi namazlarının sonunda təşəhhüd deyilməlidir. Təşəhhüd belə yerinə yetirilir: İkinci səcdədən sonra oturmaq və bədən aram halda ikən təşəhhüdün zikrini demək lazımdır:اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد“Əşhədu ənla ilahə illəllah vəhdəhula şərikələh və əşhədu ənnə Muhəmməddən əbduhu və rəsuluh Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”. Təşəhhüdün zikri aydın ərəbcə, ardıcıl və fasiləsiz deyilməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی