مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2268

Yemək yeməyin müstəhəb əməlləri

Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman “Bismillah” sonunda isə “Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə “Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.

مسئله شماره 2269

Yemək yeməyin məkruh əməlləri

Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur:1-Tox halda yemək yemək; 2-Çox yemək; Nəql edilmişdir ki, Allahın hamıdan çox qarını dolu olan şəxslərdən xoşu gəlmir; 3-Yemək halında başqalarının üzünə baxmaq; 4-Yeməyi qaynar halda yemək; 5-Yediyi, içdiyi şeyə üfürmək; 6- Çörək süfrəyə qoyulduqdan sonra nəyinsə yolunu gözləmək; 7- Bıçaqla çörəyi kəsmək; 8-Çörəyi qabın altında qoymaq və ona edilən hər bir ehtiramsızlıq; 9- (Qabığı ilə yeyilən) meyvələrin qabığını soymaq; 10- Meyvəni tam yemədiyi halda uzağa atmaq.

مسئله شماره 2270

Su içməyin müstəhəb əməlləri

Məsələ 2270: Su içən zaman bir neçə iş tövsiyə edilmişdir: 1-Suyu sovuraraq içsin; 2- Gündüz ayaq üstə su içsin; 3 Su içməzdən öncə “Bismillah” və içdikdən sonra isə “Əlhəmdulillah” desin; 4-Suyu bir nəfəsə yox, üç nəfəsə içsin; 5-Suyu meyli olan halda içsin; 6- Su içəndən sonra İmam Hüseyn (ə) və onun ailəsini xatırlasın və onun düşmənlərinə lə’nət oxusun.

مسئله شماره 2271

Su içməyin məkruh əməlləri

Məsələ 2271: Rəvayətlərdə su içmək barədə bir neçə şey qadağan edilmişdir: 1- Çox içmək; 2-Yağlı yeməkdən sonra su içmək; 3- Gecə ayaq üstə su içmək; 4-Sol əl ilə su içmək; 5- Kuzənin sınıq yerindən və yaxud qulp tərəfindən içmək.

مسئله شماره 2272

Nəzirin mənası

Məsələ 2272: İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.

مسئله شماره 2273

Nəzirin qisimləri

Məsələ 2273: Nəzirin iki növü var: şərtlə yerinə yetirilən nəzir (məsələn, bir şəxs deyir ki, xəstəm sağalsa, Allaha xatir filan işi öhdəmə götürürəm; belə bir nəzir şükür nəziri adlanır; ya da insan pis işi yol verəcəyi təqdirdi Allaha xatir xeyir bir iş görəcəyini öhdəsinə götürür); ikinci növ nəzir mütləq nəzirdir. Mütləq nəzir edən şəxs heç bir qeyd-şərtsiz deyir: “Mən Allaha xatir nəzir edirəm ki, gecə namazı qılım.” Yuxarıda göstərilən şəkillərdə nəzir düzgün nəzirdir.

مسئله شماره 2274Nəzirin hökmləri və şərtləri

Siğə nəzirin səhih olma şərtidir

Məsələ 2274: Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی