Borc alınan malın özünü qaytarmaq vacib deyil
Məsələ 1947: Əgər zaman yetişsə, borc aldığı şey eyni ilə qalsa və borc verən şəxs həmin şeyi istəsə, o malı ona vermək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən, həmin malı ona qaytarsa yaxşıdır.
Məsələ 1947: Əgər zaman yetişsə, borc aldığı şey eyni ilə qalsa və borc verən şəxs həmin şeyi istəsə, o malı ona vermək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən, həmin malı ona qaytarsa yaxşıdır.
Məsələ 1948: Borc verən şəxsin verdiyi miqdardan artıq alacağını şərt etməsi, malın çəki və yaxud ədədlə satılıb-satılmamasından asılı olmayaraq, sələm və haramdır. Habelə, borclu şəxsin onun üçün bir iş görməsini, başqa bir mal əlavə etməsini, məsələn, borc aldığı puldan başqa bir miqdar buğda da ona əlavə etməsini, yaxud, bir miqdar düzəldilməmiş qızıl ona borc verib, həmin miqdarı düzəldilmiş şəkildə geri almasını şərt etsə, bütün bunlar sələm və haramdır. Lakin, borc alan şəxsin şərtsiz olaraq, bir miqdar artıq qaytarmasının eybi yoxdur, əksinə, bu iş müstəhəbdir.
Məsələ 1949: Sələm almaq sələm vermək kimi haramdır. Sələm borcu alan şəxs onun (alınan şeyin) maliki sayılmır və ondan istifadə etmək caiz deyil. Lakin, sələm şərti olmadığı halda belə, pul sahibi borc alanın puldan istifadə etməsinə razı olardısa, belə bir halda borc alan şəxs ondan istifadə edə bilər.
Məsələ 1950: Əgər buğda və yaxud başqa bir toxumu sələm borcu ilə alıb, onunla əkinçilik etsə, ondan ələ gələn məhsul borc alanın yox, borc verənin malı sayılır.
Məsələ 1951: Əgər bir paltar alıb onun pulunu paltar sahibinə sələm borcdan və yaxud sələmə qarışıq olan halal puldan qaytarsa və aldığı zamanda məqsədi belə bir pul ilə onu ödəmək olsa, o paltarı geyinməyin və yaxud onunla namaz qılmağın eybi var. Əgər aldığı zaman məqsədi belə olmayıb, sonradan bu qənaətə gəlibsə eybi yoxdur. Lakin onun boynundakı (zimmə) haram pulla əda olunmur.
Məsələ 1952: İnsan başqa bir şəhərdə onun adamından az (pul) almaları üçün başqa bir şəxsə bir qədər pul verə bilər. Buna “bəraət sərfi” deyilir. Bu iş öz borcunun bir hissəsindən imtina etməyə bənzəyir. Lakin, bir müddətdən sonra başqa bir şəhərdə çox almağından ötrü bir qədər pul versə , məsələn, 1000 tümən verib, başqa şəhərdə 1100 tümən alsın, sələm və haramdır.
Məsələ 1953: Borclu şəxs dünyadan köçən zaman onun bütün borcları (vaxtı çatmasa belə) ödənilməlidir. Borc verən şəxslər borclarını tələb edə bilərlər.
Məsələ 1954: Əgər borclu şəxs borc sahibinə borcunu başqasından alması üçün həvalə (qəbz) versə və borc sahibi qəbul etsə, borc o şəxsin (həvalə verilənin) öhdəsinə düşür və borclu şəxs borcdan xilas olur.
Məsələ 1955: Həvalə verən, borc sahibi və həvalə edilən şəxslərin hər üçü həddi-büluğa çatmalı, aqil olmalı, heç kəs onları məcbur etməməli, səfeh və öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar. Lakin, öz malından istifadə etmək hüququndan məhrum olan şəxsi ona borclu olmayan bir şəxsə həvalə etməyin eybi yoxdur.
Məsələ 1956: Əgər borclu olan şəxsin başını həvalə versələr, qəbul etməsi lazımdır. Lakin, borclu olmayan şəxsin başını həvalə verməsələr, qəbul etməsi lazım deyil. Həmçinin, insan borc sahibinə başqa bir mal həvalə vermək istəsə, məsələn, 100 kq. buğda alacağı var, onun əvəzində 100 kq. buğda almağı həvalə etsə, borc sahibi bunu qəbul etdiyi halda, (həvalə) düzgündür.
Məsələ 1957: Həvalə insan borclu olduğu halda düzgündür. Bir şəxsə “səndən sonradan alacağım borcları indidən həvalə edirəm” demək düzgün deyil.
Məsələ 1958: Həvalə verən və borc sahibi həvalənin miqdarını, növünü bilməlidirlər və bilmədikləri halda həvalə batildir. Əgər “verdiyin iki borcdan birini filan kəsdən al” deyilsə, düzgün deyil.