Əgər namazdan sonra namazın formasını pozsa və yaxud batil etsə
Məsələ 1110: Əgər namazdan sonra onun formasını pozan və ya onu batil edən bir iş görərsə (məsələn, qiblədən çıxarsa) səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra vacib ehtiyata əsasən, namazını təzələməlidir. Əgər səcdeyi-səhvə səbəb olan bir iş görərsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin.