مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1277Camaat namazının hökmləri

Məmum bilərəkdə Həmd-surəni oxuyarsa

Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə vacib ehtiyata əsasən Həmd-surə oxumamalıdır.

مسئله شماره 1279Camaat namazının hökmləri

Namazın əməllərində imamı keçmək

Məsələ 1279: Mə’mum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər mə’mum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.

مسئله شماره 1282Camaat namazının hökmləri

İmamdan qabaq rükuya əyilənin höküm

Məsələ 1282: Əgər mə’mum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.

مسئله شماره 1284Camaat namazının hökmləri

İmamın səhvə yol verdiyi halda ona tabe olmaq caiz deyil

Məsələ 1284: İmam təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd desə, ya qunutu olmayan rəkətdə səhvən qunut tutsa, mə’mum təşəhhüd və qunutu oxumamalıdır. Amma imamdan qabaq dura bilməz və ya imamdan öncə rükuya gedə bilməz. İmamın səhvini işarə ilə ona çatdırmalıdır. Əgər mümkün olmasa, səbr etməlidir ki, imam təşəhhüd və ya qunutu tamamlasın. Namazın davamını isə onunla qılır.

مسئله شماره 1267Camaat imamının şərtləri

Şərtlərin sayı

Məsələ 1267: İmam-camaat büluğ həddinə çatmış, ağıllı, adil, halalzadə, on iki imamçı şiə və qiraəti düzgün olan şəxs olmalıdır. Mə’mum kişidirsə, imam da kişi olmalıdır. Amma qadın qadınlar üçün imam dayana bilər.Hər bir insan istər müsəlman olsun və istərsədə qeyri müsəlman halalzadədir. Əlbəttə o yerdə ki əgər onun halalzadə olmamasi sabit olmuş olsun.

مسئله شماره 1268Ədalət (adil olmaq)

Ədalətin mənası

Məsələ 1268: Ədalət dedikdə insanın batinindəki Allah qorxusu nəzərdə tutulur. Belə bir qorxu insanı böyük günahlara batmaqdan və kiçik günahları təkrarlamaqdan çəkindirir. Ünsiyyətdə olduğumuz bir şəxsdən günah görməmişiksə, bu onun ədalətini göstərir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی