Ön sıralardan birinin namazı batil olarsa
Məsələ 1244: Mə’lum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
Məsələ 1244: Mə’lum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
Məsələ 1245: Əgər mə’mum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq lazımdır.
Məsələ 1246: Mə’mum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma mə’mum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.
Məsələ 1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.
Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ 1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.
Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət etsin yaxud etməsin fikri ilə tərəddüddə olub və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namazın irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.
Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.
Məsələ 1252: Namazın (birinci rəkətindən əlavə) digər rəkətlərində də imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.
Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.
Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.
Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.