Müstəhəb namazları camaatla qılmaq şəriətdə yoxdur
Məsələ 1232: “İstisqa”, yə’ni yağış namazı, imamın qeybi dövründə müstəhəb olan Fitr və Qurban bayramı namazlarından savayı heç bir müstəhəb namazı camaatla qılmaq olmaz.
Məsələ 1232: “İstisqa”, yə’ni yağış namazı, imamın qeybi dövründə müstəhəb olan Fitr və Qurban bayramı namazlarından savayı heç bir müstəhəb namazı camaatla qılmaq olmaz.
Məsələ 1233: Yövmiyyə namazlarının istənilən birində imama iqtida etmək olar. Məsələn, imam günorta namazı qılırsa, ikindi namazını ona iqtida etmək olar. Amma imam ehtiyat üçün namazını təzələyərsə ona iqtida etmək olmaz. Amma hər ikisi ehtiyat üçün qılsa eybi yoxdur.
Məsələ 1234: Əgər imam-camaat qəza namazı qılıbsa, ona iqtida etmək olar. Amma namazını ehtiyat üçün qəza edirsə, ona iqtida etməyə irad var.
Məsələ 1235: İmamın nafilə və ya vacib namaz qıldığını bilmədən ona iqtida etmək olmaz.
Məsələ 1236: Camaat namazında bir neçə şərtə əməl etmək lazımdır:1. Ara kəsmənin olmamasıİmamla mə’mumlar, eləcə də mə’mumlar arasında görməyə mane olan arakəsmə olmamalıdır. Hətta şüşə arakəsmənin eybi var. Amma mə’mum qadın olarsa onunla kişilər arasında ara kəsmə olmasının eybi yoxdur.
Məsələ 1237: İmam mehrabda dayandığı vaxt onun arxasında bir nəfər iqtida etməsə, sağ və solda dayanıb mehrabın divarı səbəbindən imamı görməyənlər ona iqtida edə bilməzlər. hətta imamın arxasında bir şəxs dayandığı halda mehrabın divarları səbəbindən onu görməyənlərin iqtida etməsi iradlıdır. Amma onların arxasında dayananların namazı düzgündür. Hətta cərgələr artıq məsciddən xaric olarsa, eybi yoxdur.
Məsələ 1238: Cərgələr uzandığından cərgənin qurtaracağında dayananlar imamı görməzsə bunun eybi yoxdur. Bir cərgənin uzanması səbəbindən onun iki tərəfində dayananların da qarşısını görməməsi camaat namazına mane olmur.
Məsələ 1239: Sütunun arxasında dayanmış şəxs sağ və sol tərəfdən mə’mumlar vasitəsi ilə imama bağlanırsa qıldığı namaz düzdür.
Məsələ 1240: İmamın yeri mə’mumun yerindən hündür olmamalıdır. Amma azca hündürlüyün eybi yoxdur. Yer mailli olsa və imam hündür tərəfdə dayansa, maillik çox olmadıqda və həmin yer hamar adlandırıldıqda bunun eybi yoxdur.
Məsələ 1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.
Məsələ 1242: Əgər imamla mə’mum və ya mə’mumların öz arasında bir neçə addım ara olarsa, onlara toplum deyildikdə bunun eybi yoxdur. Demək, arada namaz qılmayan bir, iki nəfərin olması namazı batil etmir. Amma müstəhəbdir ki, cərgələr bir-birinə tam bağlansın.
Məsələ 1243: İmam təkbir deyib namaza başlayan vaxt ön cərgələr namaza hazır olduqda hamı təkbir deyib namaza başlaya bilər və qarşıdakıların namaza başlamasına gözləmək lazım deyil. Hətta gözləmək ehtiyata ziddir.