Böyük oğul məlum olmayanda
Məsələ 1209: Hansı oğulun böyük oğul olduğu mə’lum olmasa (oğlanların doğum tarixi itsə) ata və ananın qəza namaz və orucu onların heç birinə vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, öz aralarında bölsünlər.
Məsələ 1209: Hansı oğulun böyük oğul olduğu mə’lum olmasa (oğlanların doğum tarixi itsə) ata və ananın qəza namaz və orucu onların heç birinə vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, öz aralarında bölsünlər.
Məsələ 1208: Böyük oğul dünyasını dəyişsə, o biri oğlanların vəzifəsi yoxdur.
Məsələ 1210: Böyük oğul ata və ananın qəza namaz və orucunu yerinə yetirərkən öz vəzifəsinə əməl etməlidir. Yə’ni həmin ibadətləri öz təqlid mərcəsinin hökmünə uyğun yerinə yetirməlidir.
Məsələ 1211: Öz qəza namazı və orucu olan oğula ata və ananın qəza namaz və orucu vacib olarsa, istənilən birini əvvəl yerinə yetirsə düzgündür.
Məsələ 1212: Əgər ata və ya ana dünyasını dəyişən vaxt böyük oğul büluğ həddinə çatmamış və ya divanə olarsa, nə vaxt büluğ həddinə çatsa və ağıla gəlsə ata və ananın namaz və orucunu yerinə yetirməlidir.
Məsələ 1213: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.
Məsələ 1214: İnsan bə’zi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və imamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.
Məsələ 1215: Bir şəxs dünyasını dəyişmiş şəxsin qəza namazları üçün əcir olarsa, namaz məsələlərini yaxşıca bilməli, düzgün qiraətə malik olmalıdır.
Məsələ 1216: Bir başqası tərəfindən namaz və ya oruc, eləcə də bir ibadəti yerinə yetirmək istəyən şəxs öz niyyətində meyyiti müəyyənləşdirməlidir. Meyyitin adını bilmək zəruri deyil, müəyyən əlamət və nişanə ilə müəyyənləşdirmək bəs edər.
Məsələ 1217: Meyyitin qəza ibadətini yerinə yetirən şəxs özünü meyyitin yerində fərz etməli, meyyitin öhdəsində olan qəzanı yerinə yetirməlidir. Əgər ibadəti yerinə yetirib savabını hədiyyə etsə, qəza ödənməz.
Məsələ 1220: Vacib ehtiyata əsasən meyyitin ibadətlərini yerinə yetirməyi öhdəsinə götürmüş şəxs namazın şərtlərini ödəməyə qadir olmalıdır. Məsələn, namazı oturaq qılan şəxs naib ola bilməz. Hətta vacib ehtiyata əsasən, təyəmmüm və cəbirə ilə namaz qılan şəxs naib olmamalıdır.
Məsələ 1221: Kişi qadın, qadın kişi üçün naib ola bilər. Naib namazın asta və uca qılınmasında meyyitin yox, öz vəzifəsinə əməl etməlidir. Meyyitin qəza namazı tərtiblə qılınmaya bilər. Amma bir günün günorta və ikindi, şam və xiftən namazlarında tərtibə riayat olunmalıdır.