Qəza namazı olarkən müstəhəb namazı qılmağın höküm
Məsələ 1196: Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Qəza namazını yövmiyyə namazından qabaq və sonra qılmaq olar.
Məsələ 1196: Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Qəza namazını yövmiyyə namazından qabaq və sonra qılmaq olar.
Məsələ 1197: Bir şəxs öncə qıldığı namazların düzgün olmadığını düşünərsə və ya düzgün qıldığını unudarsa, müstəhəb ehtiyat budur ki, onların qəzasını yerinə yetirsin.
Məsələ 1198: Qəza namazlarında tərtib lazım deyil. Yalniz bir gündə qılınan zöhr və əsr və məğrib və işa namazlarinin arasinda tərtibə riayət olunmalidir.
Məsələ 1199: Bir neçə namazı qəzaya getmiş şəxs onların sayını bilmirsə, az ehtimala əməl etməlidir. Amma bu namazların sayını öncə bilmişsə və səhlənkarlıqdan unutmuşsa, ehtiyat vacib budur ki, çox ehtimala əməl etsin.
Məsələ 1200: Öhdəsində əvvəlki günlərdən qəza namazı qalan şəxs qəza namazından qabaq gündəlik namazlarını qıla bilər. Amma günün qəzaya verilmiş namazını vacib ehtiyata əsasən, öncə yerinə yetirmək lazımdır.
Məsələ 1201: Öhdəsində bir dörd rəkətli namaz qaldığını bilən şəxs bu namazın günorta, ikindi və ya xiftən namazı olduğunu bilməzsə, öhdəsində qalmış qəza namazı niyyəti ilə bir dörd rəkətli namaz qıla bilər. Bu namazların Həmd-surəsini ucadan və ya astadan deməkdə azaddır.
Məsələ 1202: Həyatda olan insanın qəza namazını kimsə yerinə yetirə bilməz. Həmin şəxs qəza namazını qılmağa aciz olsa belə bu iş görülməməlidir. Amma o dünyasını dəyişdikdən sonra bu işi görmək olar.
Məsələ 1203: Qəza namazını cəmiyyətlə qılmaq olar. İmam-camaatın əda və ya qəza namazı qılmasının fərqi yoxdur. Amma ehtiyat budur ki, hər ikisi eyni namazı qılsın. Məsələn, günorta namazının qəzası günorta namazı, ikindi namazının qəzası ikindi namazı ilə qılınsın.
Məsələ 1204: Müstəhəbdir ki, yaxşını pisdən seçə bilən uşağa namaz və digər ibadətlər vərdiş verilsin. Müstəhəbdir ki, o qəza namazına həvəsləndirilsin. (Əlbəttə ki, bu işdə onu incitmək, namazdan bezdirmək olmaz.)
Məsələ 1205: Dünyasını dəyişmiş ata və ananın qəza namazlarını və oruclarını yerinə yetirmək onların ölümündən sonra qalmış böyük oğula vacibdir. Bir şərtlə ki, ata və ana namaz və oruclarını itaətsizlik səbəbindən qəzaya verməsinlər, bu işi görməyə qadir olsunlar. Hətta itaətsizlikdən tərk etmişlərsə də, müstəhəb ehtiyata əsasən, həmin qəzaları yerinə yetirmək lazımdır. Eləcə də səfərdə qəzaya getmiş orucları tutmağa qadir olan ata və ananın qəzalarını yerinə yetirmək böyük oğul üçün ehtiyat vacibdır.
Məsələ 1206: Əgər ata və ananın qəza namazını və orucunu bir başqası yerinə yetirərsə, böyük oğulun öhdəsindən götürülər.
Məsələ 1207: Böyük oğul ata və anasının qəza namazı və orucunu olduğunu bilməsə, ona bir şey vacib deyil. Bu sahədə axtarış aparmağa ehtiyac yoxdur.