Vəzifəsi tam namaz qılmaq olan amma qəsr qılan insan
Məsələ 1186: Vəzifəsi namazı tam qılmaq olan şəxs bilərəkdən, səhvən və ya unutduğu üçün namazı yarı qılarsa, namazı batildir. Hətta on gün qalmaq qərarına gəlib həmin müddətdə namazı tam qılmalı olduğunu bilməyən və yarı qılan şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə təzələsin.