Arvadın bacısı ilə evlənmək
Məsələ 2046: Kişi bir qadını öz nikahına gətirdikdən sonra və o arvad onun əqdində olduğu zamana qədər, əqdin daimi və yaxud müvəqqəti olmasından asılı olmayaraq, arvadın bacısı ilə evlənə bilməz. Hətta, təlaqdan sonra iddəsi “ric’i” olsa (bu haqda “Təlaq” kitabında mə’lumat veriləcək), (arvad) iddə müddətini saxladığı vaxtda onun bacısını ala bilməz və müstəhəb ehtiyat müstəhəbbə əsasən,bain təlaqın iddəsində (bunun şərhi gələcək) və həmçinin, müt’ə iddəsində, müddətin tamam olmasından və yaxud müddəti bağışlamasından asılı olmayaraq, onunla evlənməsin.