مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 475Mübtədiə

Mübtədiə xanımın vəzifəsi

Məsələ 475: Mubtədiə dedikdə ilk dəfə heyiz qanı görmüş qadın nəzərdə tutulur. Əgər qan görünən günlər on gün və ya on gündən az olarsa heyiz sayılır. Əgər on gündən çox olarsa qanlar eyni cür olduqda qohumların adətini(əgər onların hamısının və yaxud əksərinin adəti bir olarsa)özü üçün heyz,qalan günləri isə istihazə qərar verməlidir.Onların adəti fərqli olduqda vacib ehtiyata görə öz adətini yeddi gün təyin etməlidir.

مسئله شماره 476Mübtədiə

Mübtədiə xanım on gündən artıq qan görərsə

Məsələ 476: Əgər mubtədiə qadın on gündən artıq qan görərsə, bu on günün bir neçə günündə heyiz nişanəsi olarsa, heyiz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmadıqda heyiz hökmlərinə əməl olunur. Qalan günlər istihazə sayılır. Əgər üç gündən az olarsa heyiz nişanəsi olan günləri heyiz hökmlərinə əməl olunur, qalan günlər qohumların adəti əsas götürülür. Heyiz nişanəsi olan günlər on günü aşarsa qohumların adəti əsas götürülür, qalan günlər istihazə sayılır.

مسئله شماره 477Nasiyə (heyz günlərini unutmuş xanım)

Nasiyə xanımın vəzifəsi

Məsələ 477: Nasiyə dedikdə adət günlərini unutmuş qadın nəzərdə tutulur. Belə bir qadın on günü və ya on gündən az qan görərsə həmin günləri heyiz saymalıdır. Əgər on gündən artıq qan görərsə, heyiz nişanəsi olan günləri heyiz saymalı (bir şərtlə ki, üç gündən az və on gündən çox olmasın),əgər çox olarsa və yaxud bütün günlərdə qan eyni şəkildə olduqda vacib ehtiyata əsasən,ilk yeddi günü heyiz, qalan günləri isə istihazə təyin etməlidir.

مسئله شماره 478Heyzə aid müxtəlif hökmlər

Mübtədiə, müztəribə və nasiyənin vəzifəsi

Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar heyiz nişanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan başa düşsələr ki, heyiz olmayıblar, yerinə yetirmədikləri ibadətlərin qəzasını yerinə yetirməlidirlər. Amma qanda heyiz nişanəsi olmadıqda istihazə hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. Amma vəqtiyyə adəti və vəqtiyyə və ədədiyyə adəti olan qadınlar adət günlərində qan görən kimi ibadəti tərk edirlər.

مسئله شماره 359Vacib qüsllar

Vacib qüsllar yeddidir

Məsələ 359: Yeddi vacib qüsl var: Cənabət qüslü, istihazə qüslü, heyiz qüslü, nifas qüslü, meyyitə toxunma qüslü, meyyit qüslü, vacib olmuş müstəhəb qüsl (nəzir, and və bu kimi səbəblərlə)

مسئله شماره 360Cənabət

Cənabətə səbəb olan işlər

Məsələ 360: İnsan iki halda “cünub” (cənabətli, qüsl verməyə borclu) olur:1.”Cima” (cinsi yaxınlıq);2. Yuxuda və ya oyaq vaxt, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz sperma (məni) xaric olması.

مسئله شماره 361Cənabətin hökmləri

Spermanın əlamətləri

Məsələ 361: İnsan ondan xaric olan rütubətin sperma və ya başqa bir şey olduğunu bilməsə, bu maye atıcılıq və şəhvətlə xaric olduqda sperma hökmündədir. Əgər bu əlamətlərin heç biri və ya biri olmazsa, həmin rütubət sperma hökmündə deyil. Amma qadında və ya xəstə insanda həmin mayenin atıcılıqla xaric olması şərt deyil. Əgər rütubət xaric olan vaxt insan yüksək şəhvani durumda olarsa, həmin rütubət sperma sayılır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی