Yersiz razılaşmayan valideynin icazəsinin qüvvədən düşməsi
Məsələ 2037: Bakirə qız atasının yaxud ata babasının icazəsi ilə evlənməlidir. Amma qız rəşidədirsə, yəni öz məsləhətini tə’yin edə bilirsə, qohumlarından olan ağsaqqalların təsdiqi ilə onun üçün münasib elçi tapılarsa və atası müxalifətçilik edərsə, onun icazəsi şərt deyildir. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.