Sahibi əvvəllər icazəsini verdiyi su ilə dəstəmaz almaq
Məsələ 287: Əgər su sahibi sudan istifadə üçün icazə vermişsə və insan bilmirsə ki, həmin şəxs fikrini dəyişib, yoxsa yox, onun aldığı dəstəmaz düzgündür.
Məsələ 287: Əgər su sahibi sudan istifadə üçün icazə vermişsə və insan bilmirsə ki, həmin şəxs fikrini dəyişib, yoxsa yox, onun aldığı dəstəmaz düzgündür.
Məsələ 288: Əgər dini elmlər mədrəsəsinin suyunun yalnız tələbələr üçün vəqf olunub-olunmadığı bilinmirsə, həmin su ilə dəstəmaz almaq iradlıdır. Amma əgər dindar insanlar adətən orada dəstəmaz alırsa, bu həmin suyun hamıya vəqf olunduğunu göstərir.
Məsələ 289: Bir şəxs məscid və hüseyniyyədə namaz qılmaq istəmirsə, oradakı suyun ümumi vəqf olduğunu, yoxsa yalnız namaz qılanlar üçün nəzərdə tutulmasını bilmədiyi halda həmin su ilə dəstəmaz ala bilməz. Ticarət binası və mehmanxanadakı suyun oranın sakinləri üçün nəzərdə tutulub-tutulmadığı bilinmirsə, orada dəstəmaz almaq olmaz. Amma dindarların adətən orada dəstəmaz almasından həmin yerin vəqf olduğu qənaəti yaranarsa, dəstəmaz almaq olar.
Məsələ 290: Əgər bir şəxs tələbə olmasa da tələbələrin qonağıdırsa, həmin mədrəsədə dəstəmaz ala bilər. Bir şərtlə ki, belə bir qonağın qəbulu vəqf şərtlərinə zidd olmasın. Mehmanxana və ticarət mərkəzinin qonağı olan şəxs də orada dəstəmaz ala bilər.
Məsələ 291: Həm böyük, həm də kiçik arxlarda dəstəmaz almaq olar. İnsan arx sahibinin razı olub-olmadığını bilməsə eybi yoxdur. Amma arx sahibi qəti şəkildə orada dəstəmaz alınmasını qadağan edərsə, vacib ehtiyata əsasən, bu işdən çəkinmək lazımdır. Əgər bir arxın məcrası onun sahibindən icazəsiz dəyişdirilmişdirsə, orada vacib ehtiyata əsasən dəstəmaz almamaq yaxşıdır.
Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batil deyildir. Amma xilaf iş görmüşdür.
Məsələ 293: Əgər bir şəxs suyu öz malı bilib dəstəmaz alarsa və sonradan suyun başqa birinə məxsus olduğunu anlayarsa, aldığı dəstəmaz düzgündür, amma suyun qiymətini sahibinə ödəməlidir.
Məsələ 294: 4. (Dördüncü şərt) dəstəmaz alınan qab vacib ehtiyata əsasən, qızıl və gümüşdən olmamalıdır.
Məsələ 295: Dəstəmaz suyu qəsbi və ya qızıl-gümüş qabda olarsa və başqa bir su əldə etmək mümkün olmazsa, təyəmmüm etmək lazımdır. Bu qəbil qablarla alınan dəstəmaza irad var. Həmin qablarla irtimasi və ya qeyri-irtimasi dəstəmaz alınmasının fərqi yoxdur. Amma qızıl və ya gümüş qabda olan suyu başqa bir qaba töküb dəstəmaz almaq olar.
Məsələ 296: İnsan bir kərpic və ya bir daşı qəsbi olan hovuzda dəstəmaz alarsa, dəstəmazla qəsbə qatılmış sayılsa bu dəstəmaza irad var. Su kranı və ya su borusunun bir hissəsi qəsbi olduqda da belədir.
Məsələ 297: Əgər imam və imamzadələrin öncə qəbristan olmuş həyətində hovuz və ya arx düzəldilərsə, insan həmin yerin qəbristana vəqf olunduğunu bilməsə həmin hovuz və arxda dəstəmaz ala bilər.
Məsələ 298: 5. (Beşinci şərt) Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak olmalıdır. Amma bir üzvə dəstəmaz aldıqdan sonra həmin üzv murdarlanırsa, dəstəmaz düzgündür.