مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1127Səkkiz fərsəx niyyəti

Əvvəlcədən səkkiz fərsəx niyyəti olmalıdır

Məsələ 1127: Bir şəxs əvvəlcə səkkiz fərsəxdən az yolu olan bir yerə getmək istəsə, yolda və ya həmin yerə çatdıqdan sonra səfərini davam etdirmək qərarına gəlsə, getdiyi yol üst-üstə səkkiz fərsəxdən çox olduqda əvvəlcədən bu məsafəni getmək qərarı olmadığından namazını bütöv qılmalıdır. Amma bir yerə çatdıqdan sonra daha səkkiz fərsəx yol getmək qərara alınarsa, namaz yarı qılınar.

مسئله شماره 1128Səkkiz fərsəx niyyəti

İtirilmiş mal dalıyca gedən insan

Məsələ 1128: Bir şəxs itirdiyi bir şeyi axtarmaq üçün yola çıxmışsa və nə qədər yol gedəcəyini bilmirsə, namazını tam qılmalıdır. Amma qayıtdığı vaxt vətəninə qədər olan məsafə səkkiz fərsəx və ya daha artıq olarsa namazı yarıdır.

مسئله شماره 1130Səkkiz fərsəx niyyəti

Səfərdə ixtiyarı başqasının əlində olan insan

Məsələ 1130: Bir şəxs səfərdə başqasından asılıdırsa (məsələn, atadan asılı olan oğul) həmin şəxsin səkkiz fərsəx yol gedəcəyini bildikdə namazını yarı qılmalıdır. Hətta məcburi şəkildə aparılan məhbus kimi şəxs səfərinin səkkiz fərsəx və ya daha artıq olduğunu bildikdə müsafirin hökmünə əməl etməlidir. Bir şərtlə ki, dörd fərsəx yol getməmiş onlardan ayrılacağına ağlabatan ehtimalı olmasın.

مسئله شماره 1131Niyyətindən dönmək

Yol əsnasında niyyətindən dönməsin

Məsələ 1131: Əgər dörd fərsəx yol getməmiş məqsədini dəyişsə və ya tərəddüddə olsa namazını tam qılmalıdır. Amma dörd fərsəx yol qət etdikdən sonra səfər məqsədindən daşınsa namazı yarıdır. Bir şərtlə ki, qalmaq və ya qayıtmaqla bağlı tərəddüddə olmasın, həmin yerdə on gün qalmaq qərarına gəlməsin.

مسئله شماره 1132Niyyətindən dönmək

Səkkiz fərsəxə çatmazdan öncə səfərində tərəddüd edən insanın vəzifəsi

Məsələ 1132: Bir şəxs səkkiz fərsəx və ya daha artıq uzaqlıqda olan yerə getmək istəyərsə səkkiz fərsəx yol getməmiş səfərini davam edib-etməməklə bağlı şəkk-tərəddüd keçirərsə və həmin yerdə bir qədər qalarsa, yolu davam etmək qərarına gəldikdə namazı yarıdır. Əgər tərəddüd halında yolun bir hissəsini gedib sonra yola davam etmək qərarına gələrsə, yolun qalan hissəsi səkkiz fərsəx və ya artıq olarsa, namazı yarıdır.

مسئله شماره 1134Haram səfər

Səfəri haram iş üçün olmasın

Məsələ 1134: Bir şəxs oğurluq, xəyanət və ya başqa bir haram iş üçün səfərə çıxarsa, namazını tam qılmalıdır. Eləcə də səfər özü haram səfər olsa (bədənə zərərli səfər, vacib ehtiyata əsasən, qadının ərindən icazəsiz səfərə çıxması, ata-anadan icazəsiz və onların əziyyətinə səbəb olacaq səfər) namaz tam qılınır. Amma həcc səfəri kimi vacib səfər olarsa, ərin, ata-ananın razılığı şərt deyil və namaz yarı qılınır.

مسئله شماره 1135Haram səfər

Günaha batdığı halal səfərin höküm

Məsələ 1135: Səfərin haram səfər olmamasına və haram iş üçün səfərə çıxılmamasına baxmayaraq səfərdə günaha yol verilsə (məsələn, şərab içilsə, qeybət edilsə, zülmə yol verilsə) namaz yarı qılınır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی