Namaz hissələrini bilərəkdən azaldıb-çoxaltmaq
Məsələ 1115: Əgər bir şəxs bilərəkdən namazın vacib hissə və şərtlərini artırıb-əskildərsə, namazı batildir. Məsələni bilmədiyindən rüknlərdə dəyişiklik edərsə namaz batil olur. Dəyişiklik rükndən olmazsa namaz düzgündür. Bir şərtlə ki, həmin şəxs məsələni öyrənmək imkanına malik olmasın. (“Cahili-qasir”)