Ehtiyat namazının rəkətlərinin sayında şəkk
Məsələ 1094: Əgər ehtiyat namazının rəkətlərinin sayı ilə bağlı şəkk yaransa, yuxarı ehtimal əsas götürülür, yuxarı ehtimal namazı batil etsə, aşağı ehtimal əsas götürülür. Bu halda namaz düzgündür.
Məsələ 1094: Əgər ehtiyat namazının rəkətlərinin sayı ilə bağlı şəkk yaransa, yuxarı ehtimal əsas götürülür, yuxarı ehtimal namazı batil etsə, aşağı ehtimal əsas götürülür. Bu halda namaz düzgündür.
Məsələ 1095: Əgər ehtiyat namazının hissələri bilmədən artırılıb-əskildilərsə, səcdeyi-səhv vacib deyil.
Məsələ 1096: Əgər ehtiyat namazında təşəhhüd və ya səcdə yaddan çıxarsa, vacib ehtiyat budur ki, salamdan sonra onun qəzası yerinə yetirilsin.
Məsələ 1097: Bir şəxsə səcdə və ya təşəhhüdün qəzası, eləcə də, səcdeyi-səhv vacib olarsa, əgər ehtiyat namazı da qılmalıdırsa, öncə ehtiyat namazını qılır, sonra səcdə və ya təşəhhüdün qəzası, daha sonra səcdeyi-səhv yerinə yetirilir.
Məsələ 1098: Gündəlik vacib namazlardakı şəkk, səhv və zənn haqqında deyilən hökmlər digər namazlar üçün də öz gücündədir. Məsələn, ayat namazında şəkk yaransa ki, bir rəkət qılınıb, yoxsa iki rəkət, bu şəkk iki rəkətli namaza aid olduğundan namaz batildir. Şəkk, səhv və zənnlə bağlı digər hökmlər də öz gücündə qalır.
Məsələ 1099: Vacib ehtiyata əsasən, bir neçə halda namazdan sonra səcdeyi-səhv yerinə yetirilir. Həmin hallarla tanış olaq:1. Yersiz söz; namaz qılan şəxs namazı bitirdiyini güman edərək səhvən bir söz deyir. Ya başqa bir dəlilə görə danisharsa.2. Yersiz salam; məsələn, dörd rəkətlik namazın ikinci rəkətində salam deyir.3. Səcdə yaddan çıxdıqda;4. Təşəhhüd yaddan çıxdıqda;5. Ayağa qalxmaq əvəzinə səhvən oturduqda və ya oturmaq əvəzinə ayağa qalxdıqda;6. İkinci rəkətdən sonra dördüncü və ya beşinci rəkət olması ilə bağlı şəkk yarandıqda vacibdir ki, namazı bitirib iki səcdeyi-səhv yerinə yetirsin. Əlavə artırma-əskiltmə olduqda səcdeyi-səhv yerinə yetirmək müstəhəbdir.
Məsələ 1100: Səhv deyilmiş sözü yenidən düzgün təkrarladıqda səcdeyi-səhv lazım deyil.
Məsələ 1101: Əgər namazda bir neçə söz və ya bir neçə cümlə deməklə namaz qılan halından xaric olmazsa, bütün bunlara görə iki səcdeyi-səhv yerinə yetirmək kifayatdir.
Məsələ 1102: Əgər səhvən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” deyərsə, səcdeyi-səhv vacib yox, müstəhəb olur. Amma əgər o biri iki salamdan bir qədər deyərsə, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin. Əgər hər üç salamı salam verilməyən yerdə səhvən deyərsə, bütün bunlara görə iki səcdeyi-səhv bəs edir.
Məsələ 1103: Əgər vacib səcdeyi-səhvi namazın salamından sonra bilərəkdən yerinə yetirməzsə, günaha yol verib və tez bir zamanda onu yerinə yetirməlidir. Amma namazı batil deyil.
Məsələ 1104: Əgər səcdeyi-səhvi zəruri edən bir iş görüb-görmədiyinə şəkk edərsə, heç nə vacib olmur. Əgər iki və ya dörd səcdeyi-səhv yerinə yetirməli olduğuna şübhə edərsə, iki səcdeyi-səhv etməsi bəsdir.
Məsələ 1105: Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir: Namazdan sonra dərhal səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedərək deyilir: “Bismillahi və billahi əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” sonra başını səcdədən qaldırıb oturur və yenidən səcdəyə gedib həmin zikri deyir. İkinci səcdədən başını qaldırıb təşəhhüd və salam söyləyir.Vacib ehtiyat budur ki, təşəhhüdün vacib miqdarı və son salamla kifayatlənsin.