İrəli gələn halın şəkk yoxsa güman olmasını bilməyənin vəzifəsi
Məsələ 1081: Bir şəxs qarşısına çıxan halın şəkk, yoxsa zənn-güman olduğunu bilməsə, şəkk hökmünə əməl etməlidir.
Məsələ 1081: Bir şəxs qarşısına çıxan halın şəkk, yoxsa zənn-güman olduğunu bilməsə, şəkk hökmünə əməl etməlidir.
Məsələ 1082: Əgər təşəhhüdə başladıqda və ya növbəti rəkətə keçdikdən sonra şəkk etsə ki, iki səcdə yerinə yetirib, yoxsa yox, eləcə də ikinci səcdədən sonra baş verən düzgün şəklə qarşılaşsa, (məsələn, iki və üç arasında şəkk), səcdələri yerinə yetirdiyini qəbul etməli, şəkk göstərişinə tabe olmalıdır. Bu halda namazı düzgündür. Amma səcdə məhəlli ötməmiş şəkk etsə, namazı batildir.
Məsələ 1083: Əgər şəkki aradan qalxsa və başqa bir şəkk yaransa, ikinci şəkki əsas götürməlidir. Məsələn, iki və üç arasında şəkdən sonra əmin olsa ki, üçüncünü qılıb, sonra üç və dörd arasında şəkk etsə, üç və dörd arasında şəkk göstərişinə əməl etməlidir.
Məsələ 1084: Əgər namaz gedişində şəkk etdiyini bilsə də, iki, ya üç, iki ya dörd arasında şəkk etdiyini müəyyənləşdirmədikdə, vacib ehtiyat budur ki, hər iki göstərişə əməl etsin, həm də namazını yenidən qılsın.
Məsələ 1085: Oturaq namaz qılan şəxs şəkki müqabilində bir rəkət ayaq üstə, yoxsa iki rəkət oturaq namaz qılacağını bilmədikdə, bir rəkət oturaq namaz qılmalıdır. Əgər şəkki müqabilində iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalı olsa, iki rəkət oturaq qılmalıdır. Digər şəklər də belədir.
Məsələ 1086: Ayaq üstə namaz qılan şəxs ehtiyat namazını həmin vəziyyətdə qıla bilməsə, oturaq halda namaz qılan şəxsin vəzifəsinə əməl etməlidir. Ötən Məsələdə deyildiyi kimi ehtiyat namazı qılmaq lazımdır. Əksinə, oturaq halda namaz qılan şəxs ehtiyat namazını ayaq üstə qıla bilərsə, ayaq üstə qılan şəxsin vəzifəsini yerinə yetirməlidir.
Məsələ 1087: Namazın rəkətləri ilə bağlı şəkk yarandıqda qılınan ehtiyat namazı aşağıdakı qaydadadır: Namazın salamından sonra dərhal ehtiyat namazı niyyət olunur. “Allahu əkbər” deyilir, “Həmd” oxunur (surə tərk edilir), rükuya gedilir, adi namazlardakı kimi səcdə yerinə yetirilir. Əgər ehtiyat namazı bir rəkətdirsə, iki səcdədən sonra təşəhhüd və salam deyilir. Əgər ehtiyat namazı iki rəkətdirsə, iki səcdədən sonra bir rəkət də qılınır, təşəhhüd və salam deyilir.
Məsələ 1088: Ehtiyat namazının azanı, iqaməsi, surəsi və qunutu yoxdur. “Həmd” astadan oxunur. Vacib ehtiyat budur ki, “Bismillah” da astadan deyilsin. Namazla ehtiyat namazı arasında namazı batil edəcək iş görülməsin.
Məsələ 1089: Əgər ehtiyat namazına başlamamış mə’lum olsa ki, qılınmış namaz düzgündür, ehtiyat namazı lazım deyil. Əgər ehtiyat namazının gedişində bunu anlasa, ehtiyat namazını kəsə bilər.
Məsələ 1090: Əgər ehtiyat namazından öncə mə’lum olsa ki, namazın rəkətləri az olub, məsələn, dörd rəkət əvəzinə üç rəkət qılınıb, namazı batil edən iş görülməmişsə, həmin əskik miqdar yerinə yetirilməlidir. Yersiz salama görə vacib ehtiyata əsasən iki səcdeyi-səhv yerinə yetirilir. Əgər namazı batil edən bir iş görülmüşsə, namaz təzələnməlidir.
Məsələ 1091: Ehtiyat namazından sonra mə’lum olsa ki, namazı elə ehtiyat namazı həddində əskik olub, namazı düzgündür. (Məsələn, üç və dörd arasında şəkdən sonra ehtiyat namazı qılır və namazı bitirdikdən sonra mə’luma olur ki, əvvəlcə üç rəkət qılıbmış.) Əgər mə’lum olsa ki, namazının əskiyi ehtiyat namazından az olub, vacib ehtiyat budur ki, həmin əskik miqdarı dərhal yerinə yetirsin, namazını da təzələsin. Əgər mə’lum olsa ki, namazının əskiyi ehtiyat namazından çox olub, ehtiyat namazından sonra namazı batil edəcək bir iş görülməmişsə, vacib ehtiyat budur ki, həmin əskik miqdarı yerinə yetirsin, namazını da təzələsin.
Məsələ 1093: Rükn və qeyri-rüknlərin artırılıb-əskildilməsi, namazın hissələrinin yerinə yetirilməsinə şəkk baxımından ehtiyat namazı da digər vacib namazlar kimidir.