Keyfiyyətsiz maldan bir saanın əvəzinə yaxşı maldan yaram saa
Məsələ 1713: Əgər bir sa’nın yerinə, bir sa’ adi ərzağın qiyməti qədər olan yarım sa’ yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.
Məsələ 1713: Əgər bir sa’nın yerinə, bir sa’ adi ərzağın qiyməti qədər olan yarım sa’ yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.
Məsələ 1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sa’nın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.
Məsələ 1715: Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.
Məsələ 1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması mə’lum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.
Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi mə’lum deyil.
Məsələ 1718: Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.
Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.
Məsələ 1720: Fitrə zəkatında insanın şəxsən yediyi yemək me’yar götürülür. (Həmin) şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər.
Məsələ 1721: Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir “mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin me’yarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.
Məsələ 1722: Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.
Məsələ 1723: Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur.
Məsələ 1724: Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. (Məsələn) bə’ziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər.