مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1046Namazın şəkkləri

Namazda olan şəklərin sayı

Məsələ 1046: Namazda iyirmi üç qisim şəkk var:1.Səkkiz şəkk namazı batil edir;2. Altı şəkkə əhəmiyyət verilməməlidir.3. Doqquz şəkk düzgün sayılır və bu şəkləri aradan qaldırmaq üçün növbəti məsələlərdə göstərişlər verilir.

مسئله شماره 1047Batil edən şəklər

Namazı batil edən səkkiz şəkk

Məsələ 1047: Namazı batil edən şəklər:1. Sübh namazı, müsafir namazı kimi iki rəkətli namazların rəkətlərinin sayında şəkk; Amma iki rəkətli müstəhəb namazlarda belə şəklər namazı batil etmir.2. Üç rəkətli namazların rəkətinin sayında şəkk (şam namazı);3. Dörd rəkətli namazlarda bir rəkət, ya çox qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, bir rəkət qılıb, yoxsa üç rəkət, namazı batildir.4. Dörd rəkətli namazlarda ikinci səcdə tamamlanmamış iki, ya çox rəkətin qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, iki rəkət qılıb, yoxsa, üç rəkət, namazı batildir.)5. İki, ya beşdən çox rəkətin qılınması ilə bağlı şəkk;6. Üç və ya altı rəkət qılınması ilə bağlı şəkk; (Əlbəttə ki, bu qəbil şəklər nadir hallarda baş verir. Bununla belə, onların hökmü aydın olmalıdır.)7. Dörd rəkət, ya altı rəkət, ya daha çox rəkət qılınması ilə bağlı şəkk; Vacib ehtiyat budur ki, belə məqamlarda dörd, ya beş rəkət qılınması ilə bağlı şəkkin hökmünə əməl olunsun. Yə’ni dörd rəkət qılındığı qəbul edilsin, namaz tamamlansın və namazdan sonra iki səcdeyi-səhv yerinə yetirilsin. Sonradan həmin namazı təzələmək lazımdır.8. Ümumiyyətlə neçə rəkət namaz qıldığını bilməyən adamın rəkətlərin sayı ilə bağlı şəkki.

مسئله شماره 1049Əhəmiyyəti olmayan şəkklər

Əhəmiyyəti olmayan şəkklərin sayı

Məsələ 1049: Altı şəkkə əhəmiyyət verilməməlidir:1. Vaxtı keçmiş şəkk;2. Namazın salamından sonra şəkk;3. Namazın vaxtı ötdükdən sonrakı şəkk;4. Çox şəkk edən insanın (“kəsiruş-şəkk”) şəkki;5. İmamın və ya mə’mumun (iqtida edənin) şəkki;6. Müstəhəb namazlarda şəkk.

مسئله شماره 1050 Yeri keçəndən sonra şəkk

Yeri keçəndən sonra şəkkin əhəmiyyəti yoxdur

Məsələ 1050: Əgər namaz əsnasında bir hissəsinin vaxtı keçdikdən sonra şəkk yaransa ki, həmin hissə yerinə yetirilib, yoxsa yox, (məsələn, rükuya getdikdən sonra şəkk yaranır ki, Həmd-surə deyilib, yoxsa yox) həmin şəkkə əhəmiyyət verilməməlidir. Növbəti hissənin rükn olub-olmamasının fərqi yoxdur.

مسئله شماره 1051Yeri keçəndən sonra şəkk

Həmd və surənin ayələrində şəkk

Məsələ 1051: Əgər Həmd və ya surədə şəkk yaransa, məsələn, ikinci ayəni deyərkən birinci ayəni deyib-demədiyinə şəkk etsə, (ya da ayənin bir sözünü deyən vaxt ondan əvvəlki sözünü deyib-demədiyinə şəkk etsə) vacib ehtiyata əsasən, geri qayıdıb onu Allaha yaxınlıq məqsədi ilə deməlidir və ardını davam etdirməlidir.

مسئله شماره 1054Yeri keçəndən sonra şəkk

Oturan halda ya da uzanaraq namaz qılanın şəkki

Məsələ 1054: Oturaq və ya uzanmış halda namaz qılan şəxs Həmd və təsbihatı deyərkən səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk etsə, buna əhəmiyyət verməməlidir. Amma Həmd və təsbehə başlamamış belə bir şəkk yaransa onları yerinə yetirməlidir.

مسئله شماره 1056Yeri keçəndən sonra şəkk

Şəkk qaydaların əməl etməyənlərin vəzifəsi

Məsələ 1056: Əgər bir hissənin yeri ötdükdən sonra şəkk etsə və göstəriş əsasında əhəmiyyət verməyib keçsə, sonradan həmin hissənin yerinə yetirilmədiyi mə’lum olduqda sonrakı rüknə başlamayıbsa geri dönməlidir. Əgər rüknə daxil olubsa namazı düzgündür. Bir şərtlə ki, şəkk etdiyi və buraxdığı hissə rükn olmasın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی