Fəqirin aldığı zəkatın nisab həddinə çatması
Məsələ 1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.
Məsələ 1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.
Məsələ 1690: Hər vaxt iki nəfər zəkatı vacib olan malda şərik olsalar və onlardan biri öz zəkat payını versə və sonra malı bölüşdürsələr, o birisi (şəriki) zəkat payını verməsə belə, onun öz payından istifadə etməsində işkal yoxdur.
Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, vacib ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.
Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.
Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.
Məsələ 1694: İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir.
Məsələ 1695: Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər.
Məsələ 1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün də’vət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.
Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.
Məsələ 1698: Fəqir bir şəxsin yalnız 1 sa’ (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.
Məsələ 1699: Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir.
Məsələ 1700: Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir.