Üzünü sola-sağa döndərənlər
Məsələ 1011: Bilərəkdən və ya səhvən təkcə üzünü tam şəkildə sağa və ya sola çevirsə, vacib ehtiyat budur ki, namazını təzələsin. Amma üzünü azca çevirsə, belə ki, qiblədən çıxmamış olsa, namazı batil deyil.

Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz mə’na daşımasa belə ehtiyat vacibə görə namaz batil olur(Namazı batil edən işlərdə ehtiyatdan məqsəd namazı tamam etməli və yenidən qılmaqdır).
Məsələ 1013: Səhvən və ya unutqanlıq səbəbindən bir söz demək namazı batil etmir.
Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət mə’na daşıyan söz deyilsə və bu mə’na nəzərdə tutulsa, namaz batildir. Mə’na nəzərdə tutulmasa, amma şəxs bu sözün mə’nasını bilsə, ehtiyat vacib budur ki, namazı təzələsin.
Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət və mənası olan “ah”, “of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.
Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikrini demək, Quran və dua oxumaq olar. Əgər bir şəxs Allahı zikr etmək məqsədi ilə misal üçün “Əllahu əkbər” cümləsini deyərsə və bu sözü deyən zaman ətrafdakılara nəsə anlatmaq üçün səsini ucaldarsa, eybi yoxdur. Lakin dua və zikrləri qeyri-ərəb dilində demək icazəli deyil.
Məsələ 1017: Savab və ya ehtiyat üçün Həmd-surənin ayələrini, rüku və səcdənin zikrlərini, təsbihatı təkrarlamağın eybi yoxdur. Amma bunun səbəbi vasvasılıq olarsa, iradlıdır.
Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

Məsələ 1019: Təkcə namazda yox, başqa vaxtlarda da salamın cavabını almaq vacib, salam vermək müstəhəbdir. Cavab elə bir şəkildə verilməlidir ki, salama cavab sayılsın. Əgər salamdan sonra fasilə böyük olarsa, verilən cavab salamın cavabı sayılmaz. Əgər namaz qılanın salamı cavab sayılmazsa, bu iş haramdır və cavab vermək vacib deyil.
Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.
Məsələ 1021: Salamın cavabı elə bir şəkildə verilməlidir ki, salam verən şəxs eşitsin. Amma salam verən şəxs kar olarsa və ya səs-küylü bir şəraitdə salam verərsə, cavabı adi qaydada almaq bəs edər. Ehtiyat müstəhəb budur ki, salam işarə ilə də anladılsın.