Müsəlman və şiə olması
Məsələ 1653: Zəkat müstəhəqləri aşağıda qeyd edilən şərtlərə malik olmalıdırlar:Birincisi, Allaha, İslam peyğəmbərinə (s) və on iki imama iman gətirmək. Müsəlman şiələrindən olan fəqir uşaq və ruhi xəstələrə zəkat vermək olar. Lakin, zəkat uşaq və divanəyə təmlik (yiyələnmə, sahib olma), yaxud onlar üçün xərcləmək qəsdi olmasından asılı olmayaraq, onların hamilərinə verilməlidir. Əgər onlara əli çatmırsa, özü və yaxud da e’timadlı bir şəxsin vasitəsi ilə zəkatı onların ehtiyacı üçün istifadə edə bilər.