Ayağa məsh çəkmək qaydası
Məsələ 272: Başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək növbəsi çatır. Əldə qalan rütubətlə ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məs çəkilir. Vacib ehtiyata əsasən, oynağa qədər məsh çəkmək lazımdır.
Məsələ 272: Başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək növbəsi çatır. Əldə qalan rütubətlə ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məs çəkilir. Vacib ehtiyata əsasən, oynağa qədər məsh çəkmək lazımdır.
Məsələ 273: Sahə baxımından barmaq ölçüsündə məsh çəkmək kifayatdir. Amma yaxşı olar ki, üç bağlı barmaq enində məsh çəkilsin. Amma ayağın üzərinə tam şəkildə bütün əlin içi ilə məsh çəkmək daha yaxşıdır. Əli ayağın üzərinə qoyub azca çəkmək bəs edər.
Məsələ 274: Baş və ayaqlara məsh çəkmək üçün əli onların üzərinə qoyub çəkmək lazımdır.Əgər əli saxlayıb başı və ya ayaqları hərəkət etdirərsə vacib ehtiyata əsasən, dəstəmaz batildir. Amma məsh çəkən zaman baş və ayağın azca tərpənməsinin eybi yoxdur.
Məsələ 275: Dəstəmaz üzvlərinin arasında yalnız məsh yeri quru olmalıdır. Digər üzvlərin quru olması lazım deyildir. Əlbəttə əgər məsh yerində azca nəmlik olarsa və məsh zamanı əlin suyu üstünlük təşkil edərsə, bunun eybi yoxdur.
Məsələ 276: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Amma kənar su ilə bu işi görmək olmaz. Əgər əldəki rütubət yalnız başa məsh çəkməyə bəs edirsə, başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək üçün digər üzvlərdən rütubət almaq olar.
Məsələ 277: Məsh ayağın dərisinə çəkilməlidir. Corabın və ya ayaqqabının üzərindən məsh çəkmək olmaz. Amma təqiyyə halında, soyuqdan və ya oğurluq qorxusundan corab və ayaqqabını çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar. Ayaqqabının üzəri murdar olarsa onun üzərinə bir şey atıb onun üzərinə məsh çəkmək olar.
Məsələ 278: Ayağın üzü murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, vacib ehtiyata əsasən, onun üzərinə pak bir şey qoyub həmin şeyin üzərində məsh çəkmək və sonradan təyəmmüm etmək lazımdır.
Məsələ 279: İnsan dəstəmaz almaq məqsədi ilə üzünü və qollarını suya batıra bilər. Üzü və qolları suya batırdıqdan sonra dəstəmaz niyyəti ilə onları sudan çıxartmaq da mümkündür. Belə bir dəstəmaz “irtimasi” dəstəmaz adlanır.
Məsələ 286: 2. (Üçüncü şərt) vacib ehtiyata əsasən, dəstəmaz suyu, dəstəmaz alınan fəza, dəstəmaz suyunun axdığı yer, dəstəmaz qabı halal (mübah) olmalıdır. Qəsb olunmuş su ilə və ya sahibinin razılığı bilinməyən su ilə dəstəmaz almaq iradlıdır.
Məsələ 287: Əgər su sahibi sudan istifadə üçün icazə vermişsə və insan bilmirsə ki, həmin şəxs fikrini dəyişib, yoxsa yox, onun aldığı dəstəmaz düzgündür.
Məsələ 288: Əgər dini elmlər mədrəsəsinin suyunun yalnız tələbələr üçün vəqf olunub-olunmadığı bilinmirsə, həmin su ilə dəstəmaz almaq iradlıdır. Amma əgər dindar insanlar adətən orada dəstəmaz alırsa, bu həmin suyun hamıya vəqf olunduğunu göstərir.
Məsələ 289: Bir şəxs məscid və hüseyniyyədə namaz qılmaq istəmirsə, oradakı suyun ümumi vəqf olduğunu, yoxsa yalnız namaz qılanlar üçün nəzərdə tutulmasını bilmədiyi halda həmin su ilə dəstəmaz ala bilməz. Ticarət binası və mehmanxanadakı suyun oranın sakinləri üçün nəzərdə tutulub-tutulmadığı bilinmirsə, orada dəstəmaz almaq olmaz. Amma dindarların adətən orada dəstəmaz almasından həmin yerin vəqf olduğu qənaəti yaranarsa, dəstəmaz almaq olar.