Diskdən və radiodan səcdə ayəsini eşitmək
Məsələ 982: Əgər səcdə ayəsini lent yazısından və ya radiodan eşitsə, ehtiyat vacib budur ki, səcdə etsin.
Məsələ 982: Əgər səcdə ayəsini lent yazısından və ya radiodan eşitsə, ehtiyat vacib budur ki, səcdə etsin.
Məsələ 983: Qur’anın vacib səcdəsi üçün alını səcdə ediləsi şeyə qoymalıdır. Vacib ehtiyata əsasən, ayıb yerini örtməli, qəsbiliklə bağlı şərtləri yerinə yetirməlidir. Amma namazın digər şərtləri vacib səcdədə ödənməyə də bilər.
Məsələ 984: Qur’anın vacib səcdəsi üçün səcdəyə getmək kifayat edir. Səcdədə zikr deməmək də olar. Amma yaxşı olar ki, zikr deyilsin. Belə bir zikrin deyilməsi daha yaxşıdır:لاَاِلَه اِلاَّ اللهُ حَقًا حَقًا لاَ اِلَهَ الاَّ اللهُ اِيمَانًا وَتَصدِيقًا لاَاِلَه اِلاَّ اللهُ عبوديّةً وَرِقًا سَجَدتُ لَكَ يَارَبِّ تَعَبُّداً وَرِقَّالاَ مُستَنكِفًا وَلاَ مَستَكبِراً بَل اَنَا عَبدًُ ذَلِيلًُ ضَعِيفًُ خَائِفًُ مُستَجِيرًُ“La ilahə illəllah həqqən həqqa la ilahə illəllahu imanən və təsdiqa la ilahə illəllahu ubudiyyətən vəriqqa səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa la mustənsikən və la mustəqbira bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir.”
Məsələ 985: Qur’an ayəsinə görə səcdədə üzü qibləyə olmaq şərt deyil və istənilən bir tərəfə səcdə etmək olar. Amma yaxşı olar ki, səcdə üzü qibləyə yerinə yetirilsin.
Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək hər bir şəxsə kifayi vacibdir. Yə’ni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.
Məsələ 825: Məsələn, bir şəxs müsafir olduğundan məscidi təmizləyə bilməsə və ya köməyə ehtiyac olduğu halda köməyi olmasa, vacib ehtiyat budur ki, məscidi paklaya biləcək şəxslərə bu barədə mə’lumat versin.
Məsələ 826: Əgər məscidin elə bir yeri murdarlanarsa ki, oranı qazmadan və ya uçurmadan təmizləmək mümkün olmasın, bu iş görülməlidir. Vacib ehtiyata əsasən, qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək lazımdır. Yaxşı olar ki, uçurulmuş yeri məscidi murdarlayan şəxs tə’mir etsin. Bu işin xərci olarsa, vacib ehtiyata əsasən, həmin şəxs zamindir.
Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi,məzhəbi bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.
Məsələ 832: Məscidi qızılla bəzəməyin eybi var. Ehtiyat vacib budur ki, insan və heyvan kimi ruhu olan şeylərin əksi məscidə vurulmasın.
Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin tə’mirinə xərcləmək olar.
Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi tə’mir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu tə’mir etmək mümkün olmasa, onu söküb yerinə yeni məscid tikmək olar.
Məsələ 835: Uçulmamış məscidi genişləndirmək lazım gələrsə onu söküb daha yaxşı və daha böyüyünü tikmək olar.