Səcdə üçün ən yaxşı vasitə
Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin(ə)) türbətidir. Bu türbət şəhidləri yada salır.
Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin(ə)) türbətidir. Bu türbət şəhidləri yada salır.
Məsələ 971: Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mə’dəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.
Məsələ 972: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün onu alından götürmək lazımdır. Həmin vəziyyətdə ikinci səcdəyə getsə buna irad var.
Məsələ 973: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə,əgər səcdənin səhih olduğu(o cümlədən kağız,daş,salfetka və kağız pul)ələ gətirmək mümkün olarsa ona səcdə etməlidir və namazı yenidən qəlmağa ehtiyac yoxdur.Əgər bunlar olmasa və əynində olan paltarı kətandan olarsa ilk olaraq ona alnını qoymalıdır.Əgər o olmasa libası yundandırsa ona yaxud xalçaya alnını qoyacaqdır.O da olmasa dəmir və mədən əşyalarına alnını qoymalıdır.O da olmadıqda alnını əlinin arxasına qoyacaqdır(əlin arxası sonuncu alın qoyma vasitəsidir). Bu halda namazın vaxtı geniş olarsa namazı tamamlamalı ehtiyat vacibə əsasən yenidən qılmalıdır.Əgər vaxt olmasa qəzası yoxdur.
Məsələ 974: Səcdə halında başa düşsə ki, alnını səcdə edilməyəsi bir şeyə qoyub, namazın surətini pozmadıqda alnını səcdə ediləsi bir şeyin üzərinə çəksin. Yaxında bir şey olmasa və vaxt dar olsa, əvvəlki məsələdəki hökmə əməl olunur.
Məsələ 975: Əgər namazdan və səcdədən sonra başa düşsə ki, səcdə edilməyəsi bir şeyə səcdə edib, namazı düzgündür.
Məsələ 976: Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Bə’zi avam insanlar imamların qəbri qarşısında səcdə qılırlar. Bu səcdələr imam üçün olsa haramdır, Allaha şükür üçün olsa eybi yoxdur. İmamların qəbri qarşısında səcdə edilməsi baxanlarda belə bir təsəvvür yaradırsa ki, həmin şəxs imama səcdə edir və bu iş düşmənlərin əlinə bəhanə edirsə, eybi var.
Məsələ 977: Səcdədə savab ümidi ilə bir neçə əməl bəyənilir:1. Rükudan qalxdıqdan sonra bədən aram olduğu halda səcdəyə getmək üçün təkbir söyləmək. Eləcə də, birinci səcdədən sonra və ikinci səcdəyə getmək üçün təkbir söyləmək bəyənilir.2. Kişilər əvvəlcə əllərini, qadınlar isə dizlərini yerə qoysunlar.3. Alından əlavə burunu səcdə ediləsi bir şeyin üzərinə qoymaq.4. Səcdə halında əl barmaqlarını birləşdirmək və qulaqlar bərabərində üzü qibləyə yerə qoymaq.5. Səcdədə dua etmək, öz ehtiyacını Allahdan diləmək. Münasib dualardan biri budur:يَاخَيرَ المَسئُولِينَ وَيَا خَيرَ المُعطِينَ اُرزُقنِى وَارزُق عِيَالِى مِن فضلِكَ فَاِنَّكَ ذُوالفَضلِ العَظِيم“Ya xəyrəl-məs’ulinə və əvsəəl-mu’tinə urzuqni vərzuq iyali min fəzlikə fəinnəkə zul-fəzlil-əzim”. Duanın tərcüməsi: “Ey insanların çağırdığı ən üstün kəs, ey bağışlayanların ən üstünü, mənə və ailəmə öz fəzlindən ruzi ver. Sən böyük fəzl sahibisən.”6. Səcdədən sonra sol bud üzərində oturmaq, sağ ayağın üstünü sol ayağın alt hissəsinin üzərinə qoymaq. (Bu hal “təvvərük” adlanır.)7. İki səcdə arasında bədən aram vəziyyətdə “Əstəğfirullahə və ətubu iləyh” söyləmək.8. Səcdəni uzatmaq, Allaha təsbih, Həmd deyib onu zikr etmək. Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək.9. Oturan vaxt əlləri budların üzərinə qoymaq.10. Ayağa qalxarkən əvvəlcə dizləri, sonra əlləri qaldırmaq.
Məsələ 978: Səcdə halında Qur’an oxumaq məkruhdur. Eləcə də, səcdə yerindən toz-torpağı təmizləmək üçün üfürmək bəyənilmir. Əgər üfürən zaman ağızdan iki hərflik bir söz çıxsa, irad var.
Məsələ 979: Qeyd olunduğu kimi, Qur’ani-məcidin dörd surəsində səcdə ayəsi var. (“Əlif lam mimayə 37, səcdə”ayə 15, “Ha mim səcdə”, “Ən-Nəcm”ayə 62, “İqrə”ayə19 surələri) İnsan səcdə ayəsi oxuduğu və bu ayəni dinlədiyi vaxt dərhal səcdə etməlidir. Əgər səcdəni unutsa yadına düşən kimi onu yerinə yetirməsi vacibdir. Əgər ayəni dinlədiyi halda onu eşitsə, vacib ehtiyata əsasən, səcdə etməlidir.
Məsələ 980: Əgər insan həm özü səcdə ayəsi oxusa, həm də bu ayəni başqasından eşitsə bir səcdə etsə bəs edər.
Məsələ 981: Namazdan başqa vaxtlarda səcdə halında səcdə ayəsi oxusa və ya bu ayəni eşitsə, səcdədən qalxıb yenidən səcdə etməlidir.