مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 958Səcdələr

Alında çiban və yara

Məsələ 958: Əgər alında çiban və bu kimi başqa bir yara olsa, alnını möhürə qoya bilmədikdə alnının başqa bir tərəfini möhürə qoya bilər, ya da iki tərəfə möhür qoyub yaranı bu möhürlərin arasına sala bilər. bir şərtlə ki, bu hündürlük dörd bağlı barmaqdan çox olmasın. Əgər yara bütün alnı əhatə edərsə, alının iki kənar tərəfindən biri ilə səcdə etmək olar. Bu da mümkün olmasa çənəni möhürə qoymaq olar. Bu da mümkün olmadıqda üzün istənilən bir yerini möhürə qoymaq mümkündür. Üzün heç bir hissəsini möhürə qoymaq mümkün deyilsə, əyilmək bəs edər.

مسئله شماره 959Səcdələr

Alnı yerə qoya bilməyənlər

Məsələ 959: Alnını yerə qoya bilməyən şəxs bacardığı qədər əyilməli, möhür və ya səcdə ediləsi başqa bir şeyi hündür bir yerə qoymalıdır ki, alnı ona çatsın. Əllərinin içini, dizlərini və ayaq barmaqlarını adi halda yerə qoymalıdır. Əgər əyilə bilməsə başı ilə işarə verməlidir. Başı ilə də işarə verə bilməsə gözləri ilə işarə etməlidir. Səcdə niyyəti ilə göz yumulur, səcdədən qalxmaq niyyəti ilə göz açılır. Hər halda vacib ehtiyat budur ki, möhürü qaldırıb alnına qoysun. Bütün bunlar mümkün olmadıqda ehtiyat vacib budur ki,qəlbində səcdə niyyət etsin.

مسئله شماره 960Səcdələr

Alın səcdə halında qalxarsa

Məsələ 960: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa və qayıtsa, bir səcdə hesab olunur. Səcdənin zikrini deyib-deməməsinin fərqi yoxdur. Amma ixtiyari olaraq başını qaldırsa, zikrdən öncə və bilərəkdən olsa, namazı batildir. Əks təqdirdə, eybi yoxdur.

مسئله شماره 961Səcdələr

Təqiyyə

Məsələ 961: Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə xalça və bu kimi şeylərə səcdə edə bilər. Möhürə səcdə məqsədi ilə başqa yerə getmək lazım deyil. Amma həmin yerdə daş və həsir kimi şeylərə səcdə etmək mümkün olsa bu iş vacibdir.

مسئله شماره 962Səcdələr

Bədən hərəkətsiz olmayan yerdə səcdə etmək

Məsələ 962: Əgər bir şeyin üzərində bədən aramlaşmırsa, həmin şeyə səcdə edilməsinə irad var. Amma öncə qeyd etdiyimiz kimi, gəmi və qatar kimi yerlərdə namazın vacib şərtlərini yerinə yetirmək mümkünsə, namaz düzgündür. Əgər bir şeyə (məsələn, balışa) səcdə etdikdə bədən əvvəlcə aramlaşmırsa, sonra aramlıq tapırsa, səcdə etmək olar.

مسئله شماره 963Səcdələr

Palçıq yerdə səcdə

Məsələ 963: Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.

مسئله شماره 967Səcdə etmək düzgün olan əşyalar

Samana, ot-ələfə, güllərə və müalicəvi bitkilərə səcdə

Məsələ 967: Yerdən cücərən və heyvan yemi olan saman və ota səcdə etmək olar. Eləcə də insanın qidalanmadığı çiçəklərə də səcdə etmək olar. Amma bənövşə, maldili kimi qidada istifadə olunan gül və bitkilərə vacib ehtiyata əsasən səcdə edilməməlidir. Bə’zi məntəqələrdə qida kimi istifadə olunan bitkilərə də səcdə etmək düzgün deyil.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی