Ödəməyə gücü çatmadıqda borclunun borcunun bağışlanması
Məsələ 1570: Müctəhid məsləhət bildikdə, çoxlu xüms borcu olan və onu verməyə imkanı olmayan şəxsə İmamın (ə) payını bağışlaya bilər.
Məsələ 1570: Müctəhid məsləhət bildikdə, çoxlu xüms borcu olan və onu verməyə imkanı olmayan şəxsə İmamın (ə) payını bağışlaya bilər.
Məsələ 1571: Bir şəxs İmamın (ə) payını təqlid etmədiyi müctəhidə o halda verə bilər ki, təqlid etdiyi müctəhid icazə vermiş ola.
Məsələ 1572: Adil olmayan seyidə xüms vermək olar. Lakin, ehtiyat vacibə əsasən, (xüms) aşkar günah etməyən şəxsə verilsin. Günah məqsədi ilə səfər etməyən şəxsin yolda müşkülü çıxdığı halda ona xüms vermək olar; Tövbə edib, yolun davamını günah etməyən şəxsə də xüms vermək olar.
Məsələ 1573: 12 İmamı (ə) qəbul etməyən seyidə, vacibun-nəfəqəyə, məsələn, insan öz xümsünu seyid arvadına verə bilməz. Əgər arvad çarəsizlik üzündən, kişinin vacibun-nəfəqəsi olmayan şəxslərin xərclərini ödəyirsə, istisnadır.
Məsələ 1574: Seyidlərin seyid olması aşağıdakı üsullarla sabit olur:1. İki nəfər adil şəxs onun seyidliyini təsdiq etsin (bir nəfər də kafidir).2. Güman və yaxud yəqinə səbəb olmasından asılı olmayaraq, öz şəhər və məntəqəsində seyidliyi ilə məşhur olsun.
Məsələ 1575: Xərci ayrısına vacib olan, lakin bu xərcləri ödənilməyən fəqirə xüms vermək olar. Məsələn, əri gündəlik tələbatını ödəyə bilməyən seyidə xanım xüms ala bilər.
Məsələ 1576: Vacib ehtiyata əsasən, seyidlər illik xərclərindən artıq xüms ala bilməzlər.
Məsələ 1577: Şəhərində müstəhəqqin (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxs) olub-olmamasından asılı olmayaraq, xümsün bir şəhərdən ayrı şəhərə aparılmasının maneəsi yoxdur. Lakin, hər bir halda, xüms tələf olduqda vacib ehtiyata əsasən gərək ayrı malından onu ödəsin və aparma xərci də öz öhdəsinədir. Lakin, şəriət hakiminin nümayəndəsinə versə, o, bir şəhərdən ayrı şəhərə apardığı zaman tələf olsa, ona heç nə vacib olmaz.
Məsələ 1578: Fəqir seyidlər qazanc və iş üçün sərmayəyə ehtiyaclı olsalar, xüms adı ilə (yalnız onların ehtiyacını ödəyən miqdarda) onlara vermək olar.
Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.
Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.
Məsələ 1580: Ehtiyac vacibə əsasən, seyidlərin payı, ayrı maldan yox, həmin maldan və ya işlək puldan verilməlidir. Yaxud da, ayrı malı müstəhəqqə (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxsə) satıb, sonra borcu ünvanı ilə hesab etsinlər.