مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 693Namaz vaxtlarının hökmləri

Məscidi təmizləmək və borcu ödəməyin namazdan irəli olması

Məsələ 693: Bir şəxs məscidin murdarlanmış olmasını görərsə, yaxşı olar ki, əvvəlcə məscidi təmizləsin, sonra namazını qılsın. Əgər borc sahibi borcunu tələb etsə, yaxşı olar ki, əvvəlcə onun borcu verilsin. Namaz və onun müqəddimələri çox vaxt tələb edərsə, əvvəlcə məscidi təmizləmək, eyni zamanda borc sahibinin borcunu ödəmək, sonra namazı qılmaq lazımdır. Bu göstərişə əməl etməsə, günaha yol vermişdir, amma namazı düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır.

مسئله شماره 695Namaz vaxtlarının hökmləri

Vacib namazların fəzilət vaxtları

Məsələ 695: Günorta namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin onun öz uzunluğuna çatdığı vaxta qədərdir. İkindi namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin öz uzunluğuna çatdığı vaxtdan kölgənin iki çubuq bərabərinə çatdığı vaxta qədərdir. Şam namazının fəzilətli vaxtı qürubdan üfüq qızartısının gözdən itdiyi vaxta qədərdir. İşa namazının fəzilətli vaxtı həmin qızartı gözdən itəndən gecənin üçdə birinədəkdir. Sübh namazının fəzilətli vaxtı birinci fəcr tülusundan hava işıqlananadəkdir.

مسئله شماره 672Zöhr və əsr namazları

Zöhr və əsr namazlrının vaxtı

Məsələ 672: Günorta və ikindi namazlarının vaxtı günortadan günəşin qürub vaxtınadəkdir. Bu vaxt günəşin səmanın tən ortasından qüruba doğru hərəkəti ilə başlayır. Günorta namazının vaxtının müəyyənləşdirmək üçün ən yaxşı üsul hamar yerdə düz bir çubuq basdırmaqdır. Səhər günəş doğanda bu çubuğun kölgəsi qüruba doğru uzanır. Günəş qalxdıqca kölgə də kiçilir. Kölgənin ən qısa vaxtı günorta sayılır. Sonra çubuğun kölgəsi gündoğana doğru uzanmağa başlayır. Amma Məkkə kimi bə’zi şəhərlərdə arabir günortalar kölgə tamamilə itir. Günəş hər tərəfə eyni dərəcədə şüalanır. Belə məntəqələrdə kölgə itib yenidən görünən zaman günorta və ikindi namazlarının vaxtı başlayır. Diqqətli olmaq lazımdır ki, günorta saatla başlamır. Bə’zilərinin saat on ikini günorta sayması düzgün deyil.

مسئله شماره 673Zöhr və əsr namazları

Xüsusi və müştərək vaxtlar

Məsələ 673: Günorta və ikindi namazlarının xüsusi və müştərək vaxtı var. Günorta namazının xüsusi vaxtı günortadan başlayır və dörd rəkət namaz vaxtınadək davam edir. İkindi namazının xüsusi vaxtı qüruba ikindi namazı həddində vaxt qalanadəkdir. Günorta namazı həmin vaxtadək qılınmasa qəzaya getmişdir və ikindi namazı qılınmalıdır. Göstərilən iki vaxt arasındakı vaxt günorta və ikindi namazlarının müştərək vaxtıdır.

مسئله شماره 674Zöhr və əsr namazları

Səhvən zöhr namazından öncə əsr namazını başlayanların vəzifəsi

Məsələ 674: Günorta namazını qılmamış səhvən ikindi namazını başlayarsa və namaz əsnasında yada düşərsə, bu hal müştərək vaxtda yarandıqda niyyəti dəyişmək olar. İnsan qəbul edir ki, həmin məqamadək qıldığı günorta namazı olub və bu qayda ilə namaza davam edir. Günorta namazını başa vurduqdan sonra ikindi namazı qılınır. Amma bu hal günorta namazının xüsusi vaxtında yaranarsa namaz batildir və yenidən qılınmalıdır.

مسئله شماره 675Şam və işa namazları

Şam və işa namazlarının vaxtı

Məsələ 675: Günəş üfüqdə itdikdən sonra qürub başlayır. Ehtiyat müstəhəb budur ki, insan günəşin qürubundan sonra başı üzərində yaranmış qızartının ötüb keçməsini gözləsin. Qürub vaxtı şam və xiftən namazlarının vaxtı başlayır və bu vaxt gecə yarıyadək davam edir.

مسئله شماره 676Şam və işa namazları

Xüsusi və müştərək vaxtlar

Məsələ 676: Şam və xiftən namazlarının da xüsusi və müştərək vaxtı var. Şam namazının xüsusi vaxtı qürubdan başlayır və üç rəkət müddətində davam edir. Müsafir xiftən namazını tam şəkildə həmin vaxtda qılarsa səhvən olsa belə, namazı batildir. Xiftən namazının xüsusi vaxtı gecə yarıya dörd rəkətlik vaxt qalandan başlayır. Bir şəxs bilərəkdən şam namazını həmin vaxtadək yubatsa namazı qəzaya getmişdir və xiftən namazını qılmalıdır. Qeyd olunan iki vaxt arasındakı vaxt müştərək sayılır. Həmin vaxtda bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılarsa və sonradan bunu başa düşərsə, namazı düzgündür və şam namazını qılmalıdır.

مسئله شماره 677Şam və işa namazları

Xüsusi və müştərək vaxtların nisbiliyi

Məsələ 677: Xüsusi və müştərək vaxtın ölçüsü ayrı-ayrı insanlar üçün fərqlənə bilər. Məsələn, bu miqdar günorta, ikindi və xiftən namazlarına münasibətdə müsafir üçün iki rəkət, qeyri müsafir üçün dörd rəkətdir.

مسئله شماره 678Şam və işa namazları

Səhvən şam namazından öncə işa namazına başlayanlar

Məsələ 678: Əgər diqqətsizlik və ya unutqanlıq səbəbindən şam namazı qılmamış xiftən namazına başlanılsa və namaz əsnasında bu Məsələdən xəbər tutulsa, niyyəti şam namazına çevirmək lazımdır. Yalnız dördüncü rəkətə daxil olduqdan sonra bu mümkün deyil. Belə bir halda xiftən namazı başa vurulduqdan sonra şam namazı qılınır.

مسئله شماره 679Şam və işa namazları

İşa namazının son vaxtı

Məsələ 679: Xiftən namazının vaxtı gecə yarıyadəkdir. Vacib ehtiyat budur ki, qürub vaxtından sübh azanınadək olan vaxt gecə sayılsın. Gecə namazına vaxt tə’yin edərkən həmin vaxt qürubdan gün doğanadək hesablanır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی