مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 657Təyəmmümüm hökmləri

Təyəmmümün düzlüyündə şəkk

Məsələ 657: Təyəmmümü başa çatdırdıqdan sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyinə şübhə yaranarsa, bu şübhələrə əhəmiyyət verilmir. Əgər təyəmmüm gedişində şək yaranarsa vacib ehtiyat budur ki, şübhəli hissəni yenidən yerinə yetirsin.

مسئله شماره 658Təyəmmümüm hökmləri

Namaz vaxtında öncə təyəmmüm

Məsələ 658: Vəzifəsi təyəmmüm olan şəxs namaz vaxtından öncə təyəmmüm edə bilməz. Amma vacib və ya müstəhəb bir iş üçün təyəmmüm edərsə, namazadək üzrü yerində qalsa, həmin təyəmmümlə namaz qıla bilər.

مسئله شماره 660Təyəmmümüm hökmləri

Təyəmmümlə qəza namazı qılmaz

Məsələ 660: Təyəmmümlə namaz qılan şəxs qəza namazlarını da təyəmmümlə qıla bilər. Amma üzrünün tezliklə aradan qalxacağını bilərsə səbr etməlidir. Vacib ehtiyata əsasən, üzrünün aradan qalxmasına ümid etdikdə, gözləməlidir.

مسئله شماره 665Təyəmmümüm hökmləri

Qüslün əvəzinə təyəmmüm

Məsələ 665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.

مسئله شماره 667 Təyəmmümüm hökmləri

Təharət şərt edilmiş əməlləri təyəmmümlə yerinə yetirmək

Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs bir iş üçün təyəmmüm etsə, nə qədər ki, o təyəmmüm və üzrlü səbəb öz qüvvəsindədir, dəstəmaz və qüsl tələb edən bütün işləri onunla görə bilər. Lakin bu qaydanın bir istisnası var ki, o da vaxtın darlığına görə alınan təyəmmümdür. Bu təyəmmümlə yalnız namaz qılmaq olar.

مسئله شماره 668Təyəmmümüm hökmləri

Təyəmmümlə qılınan namazların qəzası

Məsələ 668: Təyəmmümlə qılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümlə qıldığı namazlar.2. İnsanın bilərəkdən su axtarışına getməyib vaxt dar olan zaman təyəmmümlə qıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).3. Yaxında su olmadığını bildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی