مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1615Qızıl və gümüşün zəkatı

Qızılın nisabı

Məsələ 1615: Qızılın iki nisab həddi vardır:Birincisi, 15 adi misqal çəkisində olan iyirmi şər’i misqaldır. Hər vaxt bu miqdara çatsa və digər şərtlər də onda olsa, onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Bu miqdara çatmadıqda, zəkatı yoxdur.İkincisi, 3 adi misqal çəkisində olan 4 şər’i misqaldır . Yəni əgər 3 misqal 15 misqala əlavə edilsə bütün 18 misqalın zəkatını iki yarım faiz qərarı ilə verməlidir. Əgər 3 misqaldan az əlavə edilsə, yalnız 15 misqalın zəkatı vacibdir və artığının zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarıya getsə, yəni 3 misqal əlavə edilsə, gərək onun tam zəkatını versin. Əgər az əlavə edilsə, artıq əlavənin zəkatı yoxdur.

مسئله شماره 599 Qəbrin açılması

Qəbrin açılması icazəli olan hallar

Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.4. Qəbirin açılmamasından daha əhəmiyyətli şər’i bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.

مسئله شماره 1970Rəhn malının şərtləri

Qəbz verilməli və alınmalıdır

Məsələ 1970: Vacib ehtiyata əsasən, girov borc sahibinə təhvil verilmədən baş tutmur. Lakin, girov qoymaq belə olsa, məsələn, evi qanuni sənədləşmə əsasında girov qoysalar və lazım olduğu vaxtda onu satmaqla öz borcunu götürə bilməsi üçün sənədi borc sahibinə versələr, borclu şəxsin o evdə yaşamasına baxmayaraq, maneəsi yoxdur.

مسئله شماره 33Qəlil su (az su)

Qəlil suyun axarı

Məsələ 33: Əgər az və pak su ilə murdar şey (qarşıda deyiləcək şərtlər daxilində) yuyulursa, pak olar. Amma yuyulan zaman ayrılan və “ğusalə” adlanan su murdardır. Amma sidik və nəcisin çıxacağından ayrılan su beş şərt daxilində pakdır: 1. Murdarın üç xüsusiyyətinə malik olmasın; 2. Kənardan murdarlıq toxunmasın; 3. Qan və sidik kimi murdarlıqlarla yanaşı olmasın; 4. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin; 5. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa onu suya çəkmək lazım deyil. Amma ondan pak su kimi başqa işlərdə istifadə etmək olmaz.

مسئله شماره 410Müstəhazə qadının hökmləri

Qəlilə istihazəsi olan qadının namaz üçün vəzifəsi

Məsələ 410: Qəlilə istihazə halında olan qadın günorta və ikindi, şam və xiftən namazlarını ayrı-ayrı qılarsa, onların hər biri üçün dəstəmaz almalıdır. Müstəhəb namazlar da belədir. Amma bütün gecə namazları üçün bir dəstəmaz və ya qüsl bəs edər. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd, dərhal namazdan sonra yerinə yetirilən səcdə-səhv üçün qüsl və dəstəmaz lazım deyil.

مسئله شماره 410Müstəhazə qadının hökmləri

Qəlilə istihazəsi olan qadının namaz üçün vəzifəsi

Məsələ 410: Qəlilə istihazə halında olan qadın günorta və ikindi, şam və xiftən namazlarını ayrı-ayrı qılarsa, onların hər biri üçün dəstəmaz almalıdır. Müstəhəb namazlar da belədir. Amma bütün gecə namazları üçün bir dəstəmaz və ya qüsl bəs edər. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd, dərhal namazdan sonra yerinə yetirilən səcdə-səhv üçün qüsl və dəstəmaz lazım deyil.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی