Bir neçə ramazan ayının oruclarında sıra
Məsələ 1430: Əgər bir neçə ramazan ayının qəzalarını tutmalıdırsa, hər hansı ayın qəzasını birinci tutsa, maneəsi yoxdur. Lakin, sonuncu ayın qəzasını tutmağa vaxt az olsa,vacib ehtiyata görə, əvvəl sonuncu ayın qəzasını yerinə yetirməlidir.