Sidik çıxıntısını qeyri-su ilə yumaq
Məsələ 73: Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə bir dəfə yumaq kifayət edər baxmayaraq ki iki dəfə yumaq daha yaxşıdır, axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.
Məsələ 73: Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə bir dəfə yumaq kifayət edər baxmayaraq ki iki dəfə yumaq daha yaxşıdır, axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.
Məsələ 74: Sidik və nəcisin təbii və ya qeyri-təbii (plastik) çıxacaqlarının yuyulması arasında fərq yoxdur. Amma qeyri-təbii çıxacağı yeri sudan başqa şeylə təmizləmək bəs etmir.
Məsələ 75: Əgər nəcis çıxacağı yeri üç parça, daş, kağız və ya bu kimi bir şeylə təmizləndikdən sonra ondan yalnız su vasitəsi ilə təmizlənə biləcək zərrələr qalarsa, eybi yoxdur, bu vəziyyətdə namaz qılmaq olar.
Məsələ 76: Bir parça daş, kağız və ya parçanın uç tərəfi ilə nəcis çıxacağını təmizləmək bəs edir.
Məsələ 77: İnsan şəkk etsə ki, sidik və ya nəcis çıxacağını paklayıb-paklamayıb, şəkdən sonra özünü paklamalıdır. Amma namaz qıldıqdan sonra bu barədə şəkk edərsə, namazı düzgündür. Növbəti namazlar üçün isə özünü paklamalıdır.
Məsələ 78: İstibra kişilərə aid müstəhəb bir əməldir. İnsan sidiyə getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir: Cinsi alət bir neçə dəfə kökündən üzü yuxarıya sıxılmış halda sığallanır. Sonra yuxarı hissə bir neçə dəfə sıxılır ki, kanalda qalan sidik xaric olsun. Spermanın (məni) istibrası üçün isə sperma xaric olduqdan sonra sidiyə getmək lazımdır. Bu halda kanalda qalan hissə təmizlənir.
Məsələ 79: İnsanın cinsi alətindən xaric olan rütubətlər (sidik və spermadan başqa) bir neçə qisimdir:1. Bə’zən sidikdən sonra azca ağ və yapışqan şəkilli su xaric olur. Bu su “vəd’i” adlanır.2. Mazaqlaşma zamanı xaric olan rütubət “məz’i” adlanır;3. Spermadan sonra xaric olan rütubət “vəz’i” adlanır.Əgər kanal sidik və spermaya bulaşıq deyilsə, qeyd olunan bu üç rütubət pakdır, dəstəmaz və qüslü batil etmir.
Məsələ 80: Sidikdən sonra istibranın faydası budur ki, sidik kanalı təmizlənir. Əgər istibradan sonra şübhəli rütubət xaric olarsa, o, pakdır və dəstəmazı batil etmir. Amma istibra olunmadığı bir halda belə bir rütubət görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır.
Məsələ 363: Müstəhəbdir ki, sperma xaric olduqdan sonra sidiyə gedilsin. Belə olduqda sperma zərrələri kanaldan xaric olur. Əgər sidiyə gedilməsə, qüsldən sonra özündə rütubət görsə, bu rütubətin sperma olub-olmadığı mə’lum olmazsa, o sperma hökmündədir və yenidən qüsül verilməlidir.
Məsələ 81: Spermadan istibranın faydası budur ki, kanaldan şübhəli rütubət xaric olduqda və onun sperma, yoxsa başqa bir pak su olduğu bilinmədikdə, qüsl vermək lazım olmur. Amma istibra edilməyibsə, spermanın kanalda qalıb sidiklə birlikdə xaric olduğu ehtimal edildikdə yenidən qüsl vermək lazım gəlir.
Məsələ 82: İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkk etsə, şəkkinə e’tina etməməlidir.
Məsələ 82: İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkk etsə, şəkkinə e’tina etməməlidir.