مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 622Ondan istifadə etmək mümkün deyilsə

Sudan istifadə etmək mümkün deyil

Məsələ 622: Quyuda su olduğu halda onu çıxarmaqa gücü çatmırsa və yaxud su çəkmək üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm olunmalıdır. Su adətən insanların dözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.

مسئله شماره 623Ondan istifadə etmək mümkün deyilsə

Su əldə etmək baha başa gəlirsə

Məsələ 623: Əgər quyudan suyu çıxarmaq üçün vasitəyə ehtiyac varsa, bu vasitə əldə olunmalıdır. Onu kirayəyə də götürmək olsa, bu iş görülməlidir. Hətta bir neçə qat baha olsa da, vasitə əldə olunmalıdır. Amma vasitə və ya su əldə etmək üçün elə bir xərc lazım gəlsə ki, bu xərc insanın vəziyyətinə zərərli olsun, bu işi görmək vacib deyil.

مسئله شماره 624Ondan istifadə etmək mümkün deyilsə

Su almaq üçün borc etmək

Məsələ 624: Əgər su əldə etmək üçün borc götürmək zəruri olarsa bu iş görülməlidir. Amma insan borcu ödəmək gücündə olmadığını bildikdə borc götürməsi vacib deyil. Bir şəxs minnət qoymadan bir qədər su verərsə onu qəbul etmək lazımdır.

مسئله شماره 625Sudan istifadə etmək təhlükəlidirsə

Suyun zıyanı olarn hallar

Məsələ 625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.

مسئله شماره 627Sudan istifadə etmək təhlükəlidirsə

Suyun ziyanı olduğunu bilənlər

Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə dəstəmazı və qüsulu səhihdir.

مسئله شماره 628Özü və yaxınları üçün ölüm təhlükəsi olanlar

Suyun işlənməsi özü və yaxınları üçün ölüm təhlükəsi yaradır

Məsələ 628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.

مسئله شماره 630Təyəmmüm halları

Yalnız paklama üçün su var

Məsələ 630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی