مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 202Yer

Paklamaq üçün nə qədər yol getmək lazımdır

Məsələ 202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı on beş zira-yeddi tam onda beş metr yol gedilsin.

مسئله شماره 1951Borcun hökmləri

Paltarın pulunu sələmli puldan və ya sələmə qarışmış halal maldan ödəmək

Məsələ 1951: Əgər bir paltar alıb onun pulunu paltar sahibinə sələm borcdan və yaxud sələmə qarışıq olan halal puldan qaytarsa və aldığı zamanda məqsədi belə bir pul ilə onu ödəmək olsa, o paltarı geyinməyin və yaxud onunla namaz qılmağın eybi var. Əgər aldığı zaman məqsədi belə olmayıb, sonradan bu qənaətə gəlibsə eybi yoxdur. Lakin onun boynundakı (zimmə) haram pulla əda olunmur.

مسئله شماره 238 Nəcisin əslinin aradan getməsi

Paltara və xalçaya oturmuş nəcis toz

Məsələ 238: Əgər murdar toz-torpaq bədən, libas, xalça və bu kimi şeyləri bulaşdırarsa, hər ikisi quru olduqda murdarlıq yaratmaz. Bu toz-torpağı çırpmaqla təmizləmək bəs edir. Arada sirayat etməyəcək həddə rütubət varsa da belədir. Amma əgər toz-torpaq və onun toxunduğu şeylərdən biri yaş olarsa murdarlıq yaranar. Toz-torpağın murdarlığına və ya yerin rütubətli olmasına şəkk varsa, onlar pak sayılır.

مسئله شماره 775Yara, xəsarət və çıban qanı

Paltarda və bədəndə çiban, xəsarət və yara qanı

Məsələ 775: Birinci üzürlü hal: Namaz qılanın bədəni və libası yara, zədə və ya çiban qanına bulaşmışdır, onları suya çəkmək çətindir. Nə qədər ki, yara, zədə və ya çiban sağalmayıb, insan bu halda namaz qıla bilər. Qanlı çirk gələn zaman, yaranın üzərindəki dərman murdarlandığı vaxt bu halda namaz qılmaq olar. Amma əgər yara sağalmışsa və libasdakı, ya da bədəndəki qanı yumaq asandırsa, bu iş görülməlidir.

مسئله شماره 963Səcdələr

Palçıq yerdə səcdə

Məsələ 963: Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی