مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 590Dəfnin müstəhəb əməlləri

Yaxınların ölümündə təmkinli olmaq

Məsələ 590: Yaxşı olar ki, insan qohumlarının, xüsusilə övladının ölümü müqabilində səbirli olsun, hər dəfə meyyiti yada salanda “İnna lillahi və inna iləyhi raciun” söyləsin və meyyit üçün Qur’an oxuyub bağışlanma diləsin.

مسئله شماره 592Dəfnin müstəhəb əməlləri

Üz cırmaq

Məsələ 592: Əgər kişi öz zövcəsinin və ya övladının ölümünə görə libasını cırarsa və ya qadın meyyitin əzadarlığında üzünü cırarsa (belə ki, qan gəlsin), saçını yolarsa, vacib ehtiyata əsasən, and kəffarəsi kimi kəffarə versin, yə’ni bir bəndə azad etməli, ya on fəqirə təam verməli, ya da onları geyindirməlidir. Hətta üzünü cırarkən qan gəlməsə bu göstərişə əməl etsin.

مسئله شماره 594Vəhşət namazı

Vəhşət namazını qılmaq tərzi

Məsələ 594: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə ilk qəbir gecəsində meyyit üçün iki rəkət vəhşət namazı qılınsın. Bu namazın birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə “İnna ənzəlna” surəsi oxunur. Namazın salamından sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəb’əs səvabəha ila qəbri fulan.” (“filan”) sözünün əvəzinə meyyitin adı deyilir).

مسئله شماره 595Vəhşət namazı

Vəhşət namazının vaxtı

Məsələ 595: Vəhşət namazını ilk qəbir gecəsində istənilən vaxt qılmaq olar. Amma daha münasib olar ki, birinci gecə işa (xiftən) namazından sonra qılınsın.

مسئله شماره 597Qəbrin açılması

Müsəlman qəbrinin açılması

Məsələ 597: Müsəlmanın qəbrini açmaq haramdır. Uşaq və divanənin də qəbrini açmaq haram sayılır. Qəbrin açılması dedikdə onun elə bir şəklə salınması nəzərdə tutulur ki, meyyitin bədəni görünsün. Bədən görünməsə eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.

مسئله شماره 599Qəbrin açılması

Qəbrin açılması icazəli olan hallar

Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.4. Qəbirin açılmamasından daha əhəmiyyətli şər’i bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی