Orucu pozan işləri tərk etmək müstəhəb olan hallar
Məsələ 1472: Altı qrup şəxsin oruc tutması düzgün deyil; baxmayaraq ki, orucu batil edən işlərdən çəkinmələri müstəhəbdir:1-Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən qabaq vətəninə və ya 10 gün qalmaq istədiyi yerə çatan şəxs;2- Sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatan müsafir;3- Zöhrdən qabaq sağalan və orucu batil edən işlərdən birini görən xəstələr;4-Zöhrdən sonra sağalan xəstələr; baxmayaraq ki, o vaxta qədər heç nə yeməyiblər.5-Gün ərzində heyz və ya nifas qanından pak olan qadın;6- Ramazan ayı günlərində zöhrdən sonra İslamı qəbul edən qeyri-müsəlman. Əgər zöhrdən qabaq müsəlman olsa və orucu batil edən işlərdən heç birini etməyibsə vacib ehtiyata görə, oruc tutmalıdır.