Hansı hallarda kür suyu nəcis olur
Məsələ 24: Əgər sidik və qan kimi murdarın əsli kürr suya tökülərsə, həmin suyun rəngini, qoxusunu və ya dadını dəyişmədiyi halda, həmin suyu murdarlamaz.
Məsələ 24: Əgər sidik və qan kimi murdarın əsli kürr suya tökülərsə, həmin suyun rəngini, qoxusunu və ya dadını dəyişmədiyi halda, həmin suyu murdarlamaz.
Məsələ 25: Murdarlanmış (murdarın əsli olmayan) libas və qab kimi əşyaları kürr suda yusalar paklanar.
Məsələ 26: Kürr suyun rəngi, qoxusu və dadı murdar olmayan bir şey vasitəsi ilə dəyişərsə həmin su murdarlanmaz. Amma istənilən bir bulaşıq sudan çəkinmək daha yaxşıdır.
Məsələ 27: Murdarın əsli (məsələn, qan) kürr miqdarından artıq suya qatılıb onun bir hissəsinin halını dəyişərsə, onun kürr həddində və ya kürrdən artıq qalan hissəsi pakdır və yalnız dəyişmiş hissə murdardır. Qalan hissə kürrdən az olduqda bütün su murdarlanır.
Məsələ 28: Murdar bir şeyi kürr suya birləşən kranın altına tutsalar, ondan axan su pakdır. Lakin o suda murdarın qoxusu, rəngi və ya dadı qalarsa, murdar sayılar.
Məsələ 29: Kürr və ya ondan artıq həddə olmuş suyun kürdən az olub-olmamasında şəkk olunsa, kürr su hökmündədir. Kürdən az olan suyun kürr həddinə çatıb-çatmamasında şəkk olunsa, kürdən az su hökmündədir.
Məsələ 30: Suyun kürr miqdarında olduğunu iki yolla müəyyənləşdirmək mümkündür: Suyun həmin miqdarda olmasına ya insan özü əmin olmalıdır, ya da onu azı bir ədalətli şəxs söyləməlidir.
Məsələ 31: Kürr miqdarından az olan və yerdən qaynayıb çıxmamış su az (qəlil) su sayılır.
Məsələ 32: Əgər murdar bir şey az suya toxunarsa (vacib ehtiyata əsasən) onu murdarlayar. Amma az su yuxarıdan axıb murdar şeyə toxunduqda onun yalnız murdara toxunmuş miqdarı murdarlanır. Əgər su fəvvarə şəklində aşağıdan yuxarıya qalxarsa və yuxarıdan murdara toxunarsa, onun aşağıda qalan hissəsi murdarlanmışdır.
Məsələ 33: Əgər az və pak su ilə murdar şey (qarşıda deyiləcək şərtlər daxilində) yuyulursa, pak olar. Amma yuyulan zaman ayrılan və “ğusalə” adlanan su murdardır. Amma sidik və nəcisin çıxacağından ayrılan su beş şərt daxilində pakdır: 1. Murdarın üç xüsusiyyətinə malik olmasın; 2. Kənardan murdarlıq toxunmasın; 3. Qan və sidik kimi murdarlıqlarla yanaşı olmasın; 4. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin; 5. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa onu suya çəkmək lazım deyil. Amma ondan pak su kimi başqa işlərdə istifadə etmək olmaz.
Məsələ 34: Torpaqdan qaynayan və axan sular bulaq və kəhriz suyu, eləcə də, dağlarda toplanmış qardan süzülüb gələn davamlı sular kimidir.
Məsələ 35: Axar su kürr miqdarından az olsa belə murdara toxunduqda murdarlanmır. Yalnız murdarın qoxusunu, rəngini və ya dadını özünə götürərsə murdar sayılar.